Azərbaycan Respublikasındakı Ədalətsizxana beş dəfə formal iclas keçirdikdən sonra sifarişli, qərəzli və inadkarcasına bir qərarda İran ...
/Aran agentliyi
Azərbaycan Respublikasındakı Ədalətsizxana beş dəfə formal iclas keçirdikdən sonra sifarişli, qərəzli və inadkarcasına bir qərarda İran Teleradio Təşkilatının Bakıdakı müxbiri Anar Bayramlını iki həbsə məhkum etdi.
Yerli mənbələrin verdiyi məlumata görə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə bağlı olan sifarişli məhkəmə elə bir halda bir qərarda bu ölkədə mömin və tanınmış müxbir Anar Bayramlını iki həbsə məhkum etdi ki, ona qarşı irəli sürülmüş əsassız narkotik maddələr ittihamı sübut olunmadı.
Beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən siyasi və vicdan məhbusu, habelə ifadə azadlığını müdafiə edən şəxs kimi adlandırılan Anar Bayramlı məhkəməni tamaşa xarakterli adlandırdı və belə əlavə etdi:" Məhkəmə müstəqil olmayıb və yalnız Azərbaycan icra qurumlarının əmrlərini icra edir".
İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri həmçinin məhkəmənin tamaşa xarakterli olduğunu bildirərək, yalançı polis şahidlərindən istifadənin edilməsini Azərbaycan Respublikasının Məhkəmə Aparatı üçün başqa bir biabırçılıq olduğunu bildirib.
İRİB müxbirinin vəkili Anar Qasımlı da məhkəmə qərarını ədalətsiz adlandıraraq, deyib:" Anar Bayramlı vicdan məhbusu hesab edilir və məhkəmənin hökmü isə qeyri-hüquqi , ədalətsiz və başıaşağılıqdır.
Anar Qasımlı bu hökmə etiraz olaraq, apelyasiya məhkəməsinə şikayət ərizəsi irəli sürəcəyini bildirərək, deyib ki, müvəkkilinin azad edilmədiyi təqdirində , Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Bu məlumata əsasən sifarişli hökmün oxunması məhkəmədə olan şəxslərin kəskin etirazına səbəb olub və iştirakçılar məhkəmə amillərini asılı nökərlər adlandırıblar.
Azərbaycan Respublikasında xaos və repressiya rejiminin islamçı fəalları, söz və ifadə azadlığı fəallarını həbs etmək üzrə 3-cü dalğanı başlatması ilə eyni zamanda, ötən fevral ayının 17-də Azərbaycan Respublikasının 5 polis və təhlükəsizlik qüvvəsi Anar Bayramlını Bakıdakı evində həbs edib, onun cibinə narkotik maddə qoyaraq, Bayramlını küçədə həbs etdiklərini iddia etdilər.
Onlarla beynəlxalq müəssisə və qurum, o cümlədən Sərhədsiz Reportyorlar Təşkilatı, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi, Bakı Jurnalistlərinin Təhlükəsizlik və Azadlıq Müəssisəsi, Bakıda Jurnalistlərin Hüququ Müəssisəsi, İranda Müsəlman Jurnalistlər Təşkilatı Anar Bayramlının özünün peşə fəaliyyətinə görə və haqsız olaraq həbs edildiyini bildirərək, onun sərbəst buraxılmasını istədilər.
Azərbaycan Respublikasında onlarla şəxsiyyət, ziyalı və partiya başçısı da Anar Bayramlının saxta həbsinin , Azərbaycan Respublikasında söz və ifadə azadlığının olmamasının göstəricisi olduğunu bildirərək, Azərbaycan Respublikası hökumətini tolerant olmağa və jurnalistlərə qarşı təzyiqlərə son qoymağa çağırdılar.
İranın mədəniyyət və islami irşad naziri , xarici işlər nazirinin müavini, habelə İranın İslam Şurası Məclisinin bir qrupu millət vəkilindən əlavə İranın Bakıdakı Səfirliyi də iki etiraz yazısı yayaraq, Anar Bayramlıya qarşı ittihamların puç olduğunu bildirdilər. Həmçinin onun azad edilməsi, bu məsuliyyətsizcəsinə olan hərəkətin amillərinin cəzalandırılması istəyərək, beləcə qeyri-qanuni hərəkətlərin həyata keçirilməsinin mənfi nəticələri haqda xəbərdarlıq etmişdilər.
Eyni halda İranda məlumatlı bir rəsmi Azərbaycan Respublikası məhkəməsinin İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri əleyhinə olan hökmünün Azərbaycan Respublikasının zəifliyindən mənşə aldığını bildirərək, deyib:" Azərbaycan Respublikası hakimiyyətinin çaşbaşlığı, daxili və xarici böhranlarından mənşə alan Rəsmi Bakının anti-İran səhvlərinin davam etməsi cavabsız qalmayacaq".