Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldı və polisin hərəkəti əhali arasında hiddətə səbəb oldu
/Aran agentliyi
HaqqYolu - Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldı və polisin hərəkəti əhali arasında hiddətə səbəb oldu
Azərbaycanda görünməmiş olay baş verib. Polis qadını günün-günorta çağı küçənin ortasında soyunduraraq sürüyüb. Hadisənin şahidləri olayı videolentə alıblar. Həmin video isə sosial şəbəkələrdə yayılıb. Hadisənin paytaxt Bakıda, yoxsa əyalətdə baş verməsi bəlli deyil. Lakin polisin və qadının, həmçinin kənardan olaya tamaşa edənlərin Azərbaycan dilində danışması hadisənin hansısa xarici ölkədə baş vermədiyini göstərir.
DİH-in mətbuat xidmətinin şöbə rəisi Ehsan Zahidov "Azadlıq"a bunları deyib: "Mən bu videoroliklə tanış deyiləm. Bu, səhnələşdirilmiş bir video da ola bilər. Lakin konkret şikayətçi olarsa, məsələ araşdıralacaq".
Son anda belə bir dəqiqləşməmiş məlumat alınıb ki, hadisə Gəncə şəhərində baş verib.
www.youtube.com/watch - video