Tarix : 2012 Jun 12
Kod 30947

Şeyxin daha bir qudası axtarışa verildi

Türkiyə polisi Hacı Mazanla bağlı İnterpola müraciət edib
/Aran agentliyi

Adı bir çox qalmaqallı məsələlərdə hallanan Hacı Mazan adlı iş adamı Türkiyə polisi tərəfindən axtarışa verilib. Bu barədə TİA.AZ-a daxil olan məlumatda deyilir ki, sözügedən şəxsin qardaş ölkədə bir sıra qeyri-qanuni işlər görməsindən xəbər tutan yerli hüquq-mühafizə orqanları onunla bağlı tədbir görmək qərarına gəlib.

Məlumatda qeyd olunur ki, Hacı Mazanla bağlı əvvəlcə rəsmi Bakıya müraciət olunub və onun qanunu pozan əməlləri barədə bilgi verilib. Ardından isə onun Türkiyəyə verilməsi istənilib. Lakin Azərbaycan tərəfi bu məsələni özü araşdıracağını əsas gətirərək, onu təhvil verməyəcəyini açıqlayıb. Bunun ardından Ankara polis ionu İntepola vasitəsi ilə axtarışa verib.

Qeyd edək ki, qanuna əsasən heç bir ölkənin vətəndaşı başqa bir dövlətdə mühakimə oluna bilməz. Bunun üçün həmin şəxsin hərəkətlərindəki cinayət tərkibi olan istintaq materialları başqa dövlətdən alınır və yerli məhkəmədə araşdırılaraq, barəsində müvafiq qərar çıxarılır.

Qeyd olunur ki, Hacı Mazan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudasıdır. Şeyxin adamı olaraq tanınan bu şəxsin bir müddət əvvəl həbs olunması barədə də məlumat yayılmışdı. Lakin sonradan məlum olmuşdu ki, Hacı Mazan azadlığa buraxılıb. Lakin onun bütün obyektlərinə möhür vurulub.

Xatırladaq ki, bir müddət əvvəl Şeyxin başqa qudası Əli Evsenin də İnterpol vasitəsi ilə axatarışa verildiyi barədə məlumat yayılmışdı.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Jun 12