/Aran agentliyi
Spiker Reuven Rivlin çıxışında “erməni soyqırımı”nın İsrail parlamentində qaldırılmasını təsdiq edərək bunu müsbət qiymətləndirib
Türkiyənin “Hürriyet.com.tr” saytının verdiyi məlumata görə, İsrail parlamentinin iyunun 12-də keçirilən iclasında dırnaqarası “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılacaq.
Spiker Reuven Rivlin çıxışında “erməni soyqırımı”nın İsrail parlamentində qaldırılmasını təsdiq edərək bunu müsbət qiymətləndirib.
Qeyd edilib ki, İsrailin bu addımı atmasının əsas səbəbi doqquz türkün öldürüldüyü Mavi Mərmərə basqını ilə əlaqədar dörd İsrailli hərbçi haqqında Türkiyədə ömürlük həbs tələbiylə iddia açılmasıdır. (modern.az)