Bu tarixi tellər və ortaqlıqların düşmənləri Azərbaycan Respublikası ilə İran əlaqələrinə xələl gətirmək istəyirlər
/Aran agentliyi
Səhər TV
Azərbaycan Respublikasında söz azadlığı mövzusunda bu gün Tehranda keçirilən media mənsublarının toplantısında iştirak edənlər Səhər Beynəlxalq Telekanalının Bakıdakı yerli müxbiri Anar Bayramlının azadlığa buraxılmasının vacibliyini vurğulayıblar.
Bu iclasda Anar Bayramlının peşə fəaliyyətləri qiymətləndirildi. O jurnalist fəaliyyətlərinə görə təltif edilib, eləcə də bu jurnalistin saxta ittihamlarla saxlanılması pislənildi. İclasda media məsələləri üzrə məşhur ekspert Həsən Behiştipur etdiyi çıxışında dedi:" Müxaliflərə narkotik ittihamı vuraraq, onları türməyə atmaq, sabiq SSRİ-nin kommunist hökumətinin metodu idi. Lakin təəssüflər olsun ki, hazırkı dövrdə Azərbaycan Respublikasının hökuməti hələ də bu metoddan istifadə edir. Anar Bayramlıya narkotik ittihamı da Səhər Beynəlxalq Telekanalının real informasiya çatdırmasından Rəsmi Bakının narazı qalmasından mənşə alır.
Tədbirdə media və Azərbaycan Respublikası məsələləri üzrə ekspert Rəhmətullah Şərifi Azərbaycan Respublikasının İranla malik olduğu tarixi tellərə toxunaraq, deyib:" Bu tarixi tellər və ortaqlıqların düşmənləri Azərbaycan Respublikası ilə İran əlaqələrinə xələl gətirmək istəyirlər. həyata keçirilən qanunsuz hərəkətlər bunun göstəricisidir. İclasda çıxış edən Səhər Beynəlxalq Telekanalının Azəri Verilişlər Bölməsinin müdiri Borhan Heşməti öz çıxışında Anar Bayramlıya Bakı polisi tərəfindən vurulan narkotik daşıma ittihamının saxta və əsassız olduğunu, məhkəmənin də əsassız ittiham üzərində təşkil olunduğunu vurğulayaraq, deyib:" Anar Bayramlı öz evində ikən polis məmurları onun evinə gedib, onu polis bölməsinə çağırıblar. Polis bölməsinə çağırılan, öz ayağı ilə bölməyə gedən şəxs polis bölməsinə üstündə narkotik apararmı? Sualını verərək, bu ittihamın məntiqsiz və yalan olduğuna diqqəti çəkib".
Həsən Behiştipur həmçinin Səhər kanalına verdiyi eksklüziv müsahibəsi zamanı deyib:" Anar Bayramlı elə bir şəraitdə reportajlarını göndərirdi ki, o peşəkar jurnalist fəaliyyətlərində idi. Rəsmi Bakı bu cəhətdən ona irad tuta bilməzdi. Ona görə də Sovet dövründə istifadə olunan metodlara üz tutmalı oldular. O zaman da kimsəni həbs etmək istəyəndə onun evində ya silah ya da narkotik yerləşdirirdilər. bu metod artıq köhnəlib. Lakin Azərbaycan Respublikasında hələ də işləyir. Anarın günahı Azərbaycan Respublikası Dövlətinin islamçılara qarşı etdiklərini eləcədə bu ölkədə gündəmdə olan mövzuları əks etdirməsi idi. Kütləvi informasiya vasitələri bu mövzunu gündəmdə saxlamalı və ona xüsusi diqqət ayırmalıdırlar".