Tarix : 2012 Jun 12
Kod 30958

Səhər Tv Bakıda böyük təsirə malikdir

Səhər beynəlxalq telekanalının fəaliyyəti Azərbaycan R-nin hökumət ya Qərbyönümlü medialarının fəaliyyəti ilə fərqlidir və bu ölkə məsələlərinə ciddi təsir göstərib
/Aran agentliyi

 

 

Qafqaz və Mərkəzi Asiya hövzəsi məsələləri üzrə ekspert Doktor Həsən Beheştipur qeyd edib: Səhər beynəlxalq telekanalının fəaliyyəti Azərbaycan R-nin hökumət ya Qərbyönümlü medialarının fəaliyyəti ilə fərqlidir və bu ölkə məsələlərinə ciddi təsir göstərib.

Əl-aləm telekanalının sabiq müdiri olan bu ekspert və yazıçı bazar ertəsi günü (11 may) Səhər beynəlxalq televiziyasının təşəbbüsü ilə Azərbaycan R-da söz azadlığı mövzusu adı altında keçirilən toplantıda Azərbaycan R-da mediaların çeşidli fəaliyyətləri və təmayüllərini qeyd edərək deyib: 9 milyon nəfər əhaliyə malik olan bu ölkədə 9 dövlət televiziyası , 11 radio kanalı və 12 rayon tele-radio şəbəkəsi fəaliyyət göstərir. Habelə 355-ə yaxın çeşidli qəzet fəaliyyət göstərir. Bu qəzetlərin tiraji xeyli aşağıdır və fəaliyyət dairələri də fərqlidir.

Beheştipurun sözlərinə görə, Azərbaycan R-da hökumət mediaları hakimiyyəti tərif edir və hakimiyyətin yürütdüyü siyasətlərinə haqq qazandırır.

Lakin bu ölkədə çıxan qəzetlərdə çox az söz azadlığı hökm sürür.

Beheştipur İran TV-nin Bakıdakı yerli jurnalistinə qarşı irəli sürülən boş ittihamlara işarə edərək deyib: Anar Bayramlıya qarşı irəli sürülən ittihamlar və təhlükəsizlik məsələləri üzrə onunla bağlı təşkil olunan formal məhkəmələr sabiq SSRİ hakimiyyəti dönəmindən yadigar qalan qalıqlardır.

Onun sözlərinə görə, hazırda Azərbaycan R-da diqqət mərkəzində duran mühüm mövzulardan biri İranın Səhər beynəlxalq telekanalının fəaliyyətidir. Çünki bu televiziyanın fəaliyyəti Azərbaycan R-nın hökumət ya qərbyönümlü medialarının fəaliyyəti ilə fərqlidir və bu ölkə məsələlərinə təsirini göstərib. Belə ki, bu ölkənin bir çox məsələlərini, o cümlədən mədəniyyət, iqtisadiyyat və siyasi məsələlərini öz təsiri altına alıbdır. Bu üzdən siyasi qərəzlərlə Anar Bayramlıya qarşı müxtəlif ittihamların irəli sürülməsi bir o qədər də təəccüb doğuran deyil.

Beheştipur habelə region məsələləri və İslamı oyanış mövzusunun önəminə də toxunaraq qeyd edib: Azərbaycan R. hakimiyyəti təhdid hiss edir ki, bu da Qafqaz məsələlərinə öz təsirini göstərə bilər.

Lakin Avroviziya kimi mahnı müsabiqələrini keçirməklə özünü mütərəqqi bir ölkə kimi göstərmək istəyən Azərbaycan R. kimi bir ölkədə hakimiyyət tərəfindən Anar Bayramlı kimi jurnalistin həbsi rəsmi Bakının imicinə xələl gətirir.

Beheştipur habelə İslamı oyanış mövzusu və rəsmi Bakının Azərbaycan R-da islamçı hərəkətlərlə bağlı son fərtarlarına işarə edərək deyib: Azərbaycan R-nın hakimiyyəti belə düşünür ki, ölkədə baş qaldıran İslami hərəkətlərin regiondakı hadisələrin təsiri altına düşüb qiyama başlamaları mümkündür.

Bu səbəbdən bu ölkədə islamçı rəhbərləri və dini təfəkkürə malik şəxsiyyətləri təqib və həbs edirlər.

Halbuki onlar öz vəzifələrini yerinə yetirmək və dini etiqadlarına hörmətlə yanaşılmasını istəyirlər.

Beheştipur əlavə olaraq deyib: Anar Bayramlı Azərbaycan R-da hakimiyyətin İslam və islamçılar əleyhinə mübarizə aparmasını əks etdirməsinə görə polis tərəfindən həbs olundu və əsas ittihamlarla mühakimə edildi.

Qeyd edək ki, Səhər beynəlxalq televiziyasının Bakıdakı yerli jurnalisti Anar Bayramlı ötən fevral ayının ortalarından ona qarşı vurulan bir sıra əsassız ittihamlara görə qanunsuz olaraq məhbəsdədir.

Bazar ertəsi günü (11 iyun) Tehranda Resanə mədəniyyət sarayında Mərkəzi Asiya və Qafqaz məsələləri hövzəsinin ekspertləri və media mənsublarının iştirakı ilə Azərbaycan R-da söz azadlığı mövzusu adı altında bir tədbir keçirildi.Bu tədbirdə Azərbaycan R-da söz azadlığının vəziyyəti diqqət mərkəzində saxlanıldı və Səhər televiziyasının Bakıdakı jurnalisti Anar Bayramlının məqamı da əziz tutuldu.

  • Yazılıb
  • da (də) 2012 Jun 12