Nalbandyan azərbaycanlı şəhidlər üçün başsağlığı verən Türkiyənin Ermənistan üçün analoji addımı atmadığını deyib
/Aran agentliyi
Nalbandyan azərbaycanlı şəhidlər üçün başsağlığı verən Türkiyənin Ermənistan üçün analoji addımı atmadığını deyib
“Türkiyə Dağlıq Qarabağ problemində obyektivlik və bitərəflik göstərməməklə kifayətlənmir eyni zamanda problemin həlli prosesinə zərər verir”. Bunu Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan erməni təxribatının qarşısını aldığı zaman şəhid olmuş 5 Azərbaycan əsgərinin ölümünə Türkiyənin münasibət bildirməsini şərh edərkən deyib.
Türkiyənin bu bəyanatında “irqçilik” izləri olduğunu iddia edən işğalçı ölkənin naziri erməni əsgərləri öldüyü vaxt Türkiyənin analoji addımı atmadığını deyib.
islamazeri.az