Rusiyanın Azərbaycandakı səfirliyi dövlət bayramı - Rusiya Günü münasibəti ilə rəsmi qəbul keçirib
/Aran agentliyi
Tədbirdə çıxış edən səfir Vladimir Doroxin Rusiya Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirib. O deyib ki, bu münasibətlərin əsasında iki ölkənin dövlət başçılarının dialoqu durur. Doroxin bildirib ki, Minsk qrupunun həmsədrlərindən olan Rusiya üçün Qarabağ münaqişəsinin həlli prioritetdir.
Tədbirdə iştirak edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov prezident İlham Əliyevin təbrikini çatdıraraq bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin möhkəm və tarixi əsasları var.
islamazeri.az