Tarix : 2012 Jun 13
Kod 30965

Mehmanpərəst Anar Bayramlının həbsindən təəssüflənib

İran İslam R-nin Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq Səhər kanalının Bakıdakı yerli jurnalisti üçün həbs qərarının çıxarılmasından təəssüflənib
/Aran agentliyi

 

İran İslam R-nin Xarici İşlər Nazirliyinin sözçüsü beynəlxalq Səhər kanalının Bakıdakı yerli jurnalisti üçün həbs qərarının çıxarılmasından təəssüflənib.

Ramin Mehmanpərəst keçirdiyi  brifinqdə deyib: Məndə olan məlumata görə, bu jurnalist üçün elan olunan cinayət narkotik maddələr olub, bunun da həqiqəti yoxdur.

Azərbaycan Respublikası hökuməti tərəfindən bu məsələnin həllinin zəruriliyini qeyd edən Mehmanpərəst söyləyib: Ölkələri müsbət əməkdaşlıq potensiallarından məhrum edən məsələlər və bu əməkdaşlıqları təsir altında qoyan atmosfer yaradılmamalıdır.

İranın XİN sözçüsü sionist rejimin ağır şəraitdə olduğunu bəyan edərək bildirib: Bu rejim region ölkələri arasında ixtilaf və fitnə yaratmaq və bu işdən müxtəlif vasitələrlə istifadə etmək ardıncadır. Bütün ölkələr sayıqlıqla bu məkrli planlara nəzarət etməli və bəzi hərəkətlərə görə qonşu və region ölkələrinin münasibətlərinin korlanmasına icazə verməməlidirlər.

  • Yazılıb
  • da (də) 2012 Jun 13