Tarix : 2012 Jun 13
Kod 30978

Sionist rejimin naziri erməni soyqırımının rəsmi şəkildə tanınmasını istədi

Sionist rejimin ətraf mühit naziri deyib: ''İsrail osmanlı türklərinin əli ilə erməni soyqırımını rəsmi surətdə tanımalıdır
/Aran agentliyi

Sionist rejimin ətraf mühit naziri deyib: "İsrail osmanlı türklərinin əli ilə erməni soyqırımını rəsmi surətdə tanımalıdır".

AranNews - Mənbəmizin məlumatına əsasən, Reuters TV sionist rejimin naziri Gilad Erdanın "Yəhudi ölkəsi 1915-ci ildə bir dəstə erməninin osmanlı türklərinin əli ilə öldürülməsini bir soyqırım kimi rəsmi şəkildə tanımalıdır" deməsini xəbər verib.

Nazir, sionist rejimin parlamentindəki çıxışında deyib: "Mən İsrail dövləti adından və əlaqələndirici nazir kimi çıxış etdiyim üçün qəti olaraq deyirəm, cənab prezident! İsrail dövləti bu məsələ ilə yaxşı qarşılaşmadı. Bunun da səbəbi sözügedən məsələni siyasiləşdirmək üçün əlaqənin olmamasıdır. Mən şəxsən belə düşünürəm ki, bu barədə tarixdə heç bir qaranlıq nöqtə və bu hadisəni inkar edən bir sənəd yoxdur. Mənim nəzərimcə, İsrail dövləti osmanlı türklərinin əli ilə erməni soyqırımını rəsmi surətdə tanımalıdır". Bundan sonra parlamentin spikeri Reuven Rivlin nazirə öz təşəkkürünü bildirib və onun İsrail tarixində yadda qalacaq açıqlamalar verdiyini qeyd edib.

  • Yazılıb
  • da (də) 2012 Jun 13