Tarix : 2012 Jun 14
Kod 30981

İsrailli deputat: ''Biz ermənilərin soyqırımını rəsmən tanımalıyıq''

Knessetdə İsrail tərəfinin qondarma ''erməni soyqırımı''nı tanımaq məsələsinin müzakirəsi üçün xüsusi iclas keçirilib
/Aran agentliyi

Knessetdə İsrail tərəfinin qondarma "erməni soyqırımı"nı tanımaq məsələsinin müzakirəsi üçün xüsusi iclas keçirilib

Knessetdə İsrail tərəfinin qondarma "erməni soyqırımı"nı tanımaq məsələsinin müzakirəsi üçün xüsusi iclas keçirilib. Müzakirələrin təşəbbüskarı kimi deputat Zaxava Qalyon (MEREÇ), Zyeev Elkin (Likud) və professor Arye Eldad çıxış ediblər. Knessetin spikkeri Reuven Rivlin bu təklifi dəstəkləyib və diskussiyalar üçün xüsusi plenar iclas təyin edib.

Parlament koalisiyasının spikeri Zyeev Elkin öz çıxışında deyib: «Uzun on illərdir ki, müxtəlif səbəblərdən erməni xalqının faciəsi (?) müzakirə obyekti belə olmayıb. Son vaxtlar vəziyyəti dəyişmək mümkün olub. Bu mövzu nəinki narahatlıq yaratmadı, hətta parlament müzakirələrinin mərkəzində öz yerini aldı. Knesset bu prosesi məntiqi sonluqla bitirməlidir – erməni soyqırımını (?) tanınmalıdır»

Xatırladaq ki, ötən ilin mayında İsrailin XİN rəhbərinin müavini Dani Ayalon müsahibəsində bildirmişdi ki, Knesset erməni soyqırımını qəbul etməyəcək: «Bu mümnük deyil. Biz yüz illər öncəyə aid mübahisəli məsələlərə görə, müsəlman dünyasında əsas strateji müttəfiqimiz olan Azərbaycanla əlaqələri poza bilmərik».

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Jun 14