/Aran agentliyi
“İrana zərbə endirmək üçün Azərbaycan uyğun variantdır. Tək maneə Türkiyədir”
İsrailin Milli Təhlküəsizlik və Təhqiqatlar İnstutunun siyasi şərhçisi Yiftah Şapira İsrailin Yaxın Şərq siyasətinə dair şərhlər verib. O, düşünür ki, İsrail İranın nüvə obyektlərinə zərbə endirməyəcək, İranı isə öz nüvə proqramından imtina etməyə məcbur etmək mümkün olmayacaq. Şipara bunu nüvə obyektlərinin çox möhkəm olması və zərbə nəticəsində az zərər görməsi ilə əsaslandırıb. Zərbə endirməklə İsrail heç nəyə nail olmayacaq.
Politoloq Obamanın seçki ilində İsrailə hərbi dəstək verməyəcəyini düşünür. Sanksiyaların tətbiqi elə bir effekt verməyəcək, effektli olsa belə nüvə proqramı dayanmayacaq.
İran əks zərbə endirə bilərmi? sualına cavabında bildirib ki, İranın İsrail üzərinə yüzlərlə “Şahab” raketi göndərmək imkanı var.Ərəb ölkələri İrana ehtiyatla yanaşır. İrana hücum məsələsində isə İsrail və ərəb ölkələrinin mövqeyi üst-üstə düşür. Səudiyyə Ərəbistanı illərdir BMT-ni İrana zərbə endirməyə çağırır. İsrail hava zərbəsi üçün Səudiyyə Ərəbistanı və BƏR-dən ərazi ala bilər.
Politoloq digər variantın Azərbaycan ola biləcəyini söyləyib. Zərbə endirmək üçün bura çox uyğun ərazidir. Tək problem ondadır ki, İsrail təyyarələrinin Azərbaycanda enməsi üçün onların Türkiyə üzərindən uçması lazımdır. Bu isə indiki Türkiyə-İsrail münasibətlərində mümkün deyil.
Suriyadakı hadisələrə münasibət bildirən Şapira bildirbki, Bəşər Əsəd gedəcəyi halda onun yerinə ya Qərb yönlü, ya da “İslam qardaşları” tipli siyasi qüvvə gəlsin fərq etməz. İstənilən halda İran güclü müttəfiqini itirəcək.
azadlıq.info