Tarix : 2012 Jun 14
Kod 30987

Bakıda İrana məxsus gəmi yanır

Azərbbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən ...
/Aran agentliyi

 

Azərbbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus “Niloufar Abi” gəmisinin yük hissəsində “Baku Steel Company” MMC üçün gətirilmiş, təxminən, 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanır.

Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir. Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün tədbirlər görülür.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Jun 14