Tarix : 2012 Jun 16
Kod 31005

Daha bir hicab məhbusu azadlığa buraxıldı

6 may ''Hicaba azadlıq'' aksiyasında həbs olunan Araz İsmayılov azadlığa çıxıb
/Aran agentliyi

 

6 may "Hicaba azadlıq" aksiyasında həbs olunan Araz İsmayılov azadlığa çıxıb.

2011-ci il 6 mayda Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasında həbs olunan Araz İsmayılov azadlığa buraxılıb.

Araz İsmayılov Ədliyyə Nazirliyinin 16 saylı yüngül cəza çəkmə müəssisəsində saxlanılırdı.

Nərimanov rayon məhkəməsi "hicab məhbusu" Araz İsmayılovun 2 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökm çıxarmışdı.

"Hicab məhbusu" həbs müddəti bitməzdən əvvəl həbsxanadan azad edilib.

Xatırladaq ki, Araz İsmayılov Şəhid Seyyid Mübarizlə birlikdə əsgərlik etmiş və onun tələbəsi olmuşdur.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jun 16