Tarix : 2012 Jun 16
Kod 31006

Azərbaycanın əsir düşmüş əsgəri vətənə qayıtmaqdan imtina edib

Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib
/

 

Ermənistanda əsirlikdə olan Azərbaycan ordusunun kiçik çavuşu Məmmədbağır Axundzadə üçüncü ölkəyə təhvil verilib.

APA-nın verdiyi məlumata görə, Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov faktı təsdiqləyərək bildirib ki, bununla bağlı Azərbaycan tərəfinə rəsmi məlumat verilib: “O əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi”.

Əsirin atası Talıb Axundzadə isə bu barədə məlumatsız olduğunu deyib: “Oğlumun sonuncu məktubunu bir neçə gün əvvəl gətiriblər. Amma biz hələ də o məktubu ala bilməmişik”.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 16