Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyun ayının 7-8-dəki hərbi toqquşmalarda 5 kəndin azad olunması və 40 əsgərin ...
/
Azərbaycan Respublikası Müdafiə Nazirliyi iyun ayının 7-8-dəki hərbi toqquşmalarda 5 kəndin azad olunması və 40 əsgərin həlak olmasına dair şayiələri təkzib edib. Şayiələr “Qafqazinfo” saytında yayılmışdır.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlamasında deyilir: “Həmən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfinin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb. Buna görə də cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir. Həmin sayta və bəzi digər media nümayəndələrinə belə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideynlərinin heysiyyatı ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edirik”.