/Aran agentliyi
- Çıxış və müsahibələrinizdə son zamanlar vəhdətə çağırışlarınıza daha çox yer verirsiniz. Bu nə ilə bağlıdır və siz həqiqətən problemlərin həlli yolunu vəhdətdə görürsünüzmü?
- Bəli düzgün qeyd etdiniz. həqiqətən də mən son zamanlar bacardığım qədər hər hansı fürsətdən istifadə edərək xalqı, xüsusən də inanclı insanları vəhdətə çağırıram. Sualınızın digər qisminə gəldikdə isə, bu məsələdə israrlıyam və doğrudanda günün əsas problemlərinin həlli yolunu vəhdətdə görürəm.
- Əvvəlki sualımda problemlər dedikdə təfərrüatına varmadan o sözü ümumi formada işlətdim. Sizin də onları qarşılıqlı olaraq sadalamadan ümumi şəkildə də cavablandırdığınıza görə ehtiyac duyuram. Təkrarən soruşuram ki, sizcə bu problemlər nədən ibarətdir və ya vəhdətlə nə əlaəqəsi var?
- Bir halda ki, söhbətimizi bu istiqamətə yönəltdiniz, onda icazə verin bu suala biz az geniş cavab verim. Belə ki, problemsiz həyat təsəvvür olunmazdır. Xüsusən də nəzərə alsaq ki, Allah-Təala bu dünyanı imtahan və sınaq meydanı qərar verib, problemlərdən narahat olmamalıyıq. Lakin mənası bu deyil ki, müqabilində hər hansı bir məsuliyyəti daşımamalıyıq. Mühüm olanı isə imtahandan üzü ağ çıxmağımızdır. Problemlərə gəldikdə isə onu müxtəlif yönümlərdə müxtəlif növlərə ayırmaq olar. Ən əsası dövlətçiliyimizi təhlükə altında qoyan ərazi bütövlüyümüzün pozulmasıdır ki, 20 faiz torpaqlarımız işğal altındadır. Xalqımızın kifayət qədər sosial problemləri vardır. Yaşayış şəraitimiz ağırdır, yəni layiqli deyildir. Cəmiyyətimizdə mənəvi aşınma nəticəsində əxlaqsızlıq və mənəviyyatsızlıq baş alıb gedir. Ölkədə kimlərsə xarici və daxili süni problemlər yaratmağa, xalqla hakimiyyəti qarşı-qarşıya qoymağa çalışır. Günbəgün göbələk kimi şadlıq sarayları artıb çoxaldığı halda, möminlər məscidlərinin sökülmədiyinə şükür edir həbs olunmamalarına sevinirlər.. Saxta ittihamlarla günahsız insanlar tutulmaqda davam edir. Hicab problemi hələ də həll olunmayıb və sair.
- Gözəl bir məqama yetişdik. Artıq mən sizə - vəhdətə nail olmağın yolları barədə sual vermək istərdim. Lakin əvvəlcə sizin bir etirafınızı eşitmək istəyirəm. Məncə vəhdətə çağırışda birinci deyilsiniz, elədirmi?
- Əlbətdə. İndi də, əvvəllər də bu çağırışı edənlər olub və gələcəkdə olacaq.
- Digər bir sualım: Özünüz də sadaladığınız kimi problemlərimiz müxtəlif və çoxcəhətlidir. Beləliklə də vəhdətə necə nail olmaq olar və sadalanan problem növlərinin hər birinin həllində əsas prinsipial şərt kimi vəhdəti qəbul etmək olarmı?
- Gözəl sualdır. Beləliklə də vəhdətin yaranmasını bir sıra amillər şərtləndirə bilər: Xeyirxah və yaxşı niyyətlə olan təəssüb ( vətən, xalq, dövlətin təəssübü). Həmfikir, həməqidə olmaqlıq, xüsusən də bir-birini anlamaq, bəzən mümkündürki, dini, irqi və hətta dili fərqli olsa da belə insanlar bir-birilərini anlaya bilərlər. Digər amillər isə bir-birinə etimad etmək, onu qəbul etmək. Özgələri haqqında müsbət fikirdə olmaq, kiminsə tərəfini rahatlıqla verməmək, pisliyinə tezliklə inanmamaq, onun müdafiəsi üçün ən son həddə qədər cəhd göstərməkdən ibarətdir. Ən nəhayəti, kiminsə haqqında ancaq pisliklərdən danışarkən onun yaxşı cəhət və xüsusiyyətlərini yada salmaq, əgər kiminsə nöqsanı ictimai fəsada səbəb olmursa dilə gətirməmək, ört-basdır edərək islahına çalışmaq lazımdır. Şəriət diliylə desək bir neçə əxlaqi rəzalətlər tərk olunmasa cəmiyyətdə vəhdət yarana bilməz: Bədgümanlıq, söz gəzdirməklik, qeybət etmək, eyib açmaqlıq, etimadsızlıq və sair belələrindəndir. Amma qaldı ki, problemlərin həlllində: Məsəl var, güc birlikdədir. Allah-Təalanın lütfü-nəzəri olar, hidayət mənbəyi olan Allah özü insanı istiqamətləndirər. Yol göstərdiyi kimi güc-qüdrət də verər. Xalq hakimiyyətlə birləşərsə qüdrətli bir dövlətə çevrilər. Belə olan halda bu və ya başqa problemin həllində kənar bir ölkədən yardım almağımıza ehtiyac qalmaz, hüquqlarımızı pozmarıq, pozulsa belə onu ümumxalq dəstəyi ilə bərpa edərik. Torpaqlarımızı özümüz işğaldan azad o vaxt edə bilərik ki, buna hər bir vətəndaş hazır ola, boynuna düşən vəzifəni həyata keçirə. Onda qeyri-ixtiyari hamı özünü bir-birinin yanında görər. Dini problemlər də belədir. Əgər vəhdətimiz olsa hər kəs dinimizə hörmət bəsləyər. Belə olduğu halda mənəvi dəyərlərimizə heç kəsin xor baxmağa cürəti çatmaz,heç buna cəsarət etməz.
islaminsesi.az