Tarix : 2012 Jun 16
Kod 31009

AR parlamenti prezidentlərin toxunulmazlığı qanunu təsdiqləyib

Azərbaycan Respublikasında bu ölkə xalqının islami oyanışı ilə əsaslı proseslər ehtimalının güclənməsi ardınca, Azərbaycan Respublikası Parlamenti ...
/Aran agentliyi

 

Azərbaycan Respublikasında bu ölkə xalqının islami oyanışı ilə əsaslı proseslər ehtimalının güclənməsi ardınca, Azərbaycan Respublikası Parlamenti kənarlaşdırıldıqdan sonra prezident İlham Əliyev və ailəsinin toxunulmazlığını təsdiqləyib.

Azərbaycan Respublkası rəhbərlərinin toxunulmazlığı qanunun təsdiqlənməsi üçün Azərbaycanın sabiq prezidentləri Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin ətrafındakılarının tələbləri illərlə bu ölkə parlamentinin etinasızlığı ilə üzləşdiyi bir halda, Azərbaycan parlamenti gözlənilmədən prezident və ailəsinin toxunulmazlığı qanunun təsdiqləyib.

Bakı medialarının məlumatına görə, ötən gün Azərbaycan Respublikası Milli Məclisində təsdiqlənən bu qanun Azərbaycan Respublikası prezidentləri və onun ailələrinin hər növ təqib olunmasını qadağan edir.

Azərbaycan Milli Məclisinin qərarına əsasən, bu ölkə prezidentlərinin məhkəmə toxunulmazlığı və təqib edilməməsi ötən prezidentlərin hamısına şamil olacaq.

Bu qərara əsasən Azərbaycan Respublikasının bütün prezidentləri prezidentlik dövrü bitdikdən sonra prezidentlik dövründə həyata keçirdiyi hərəkətlərə görə hər növ təqibdən kənarda qalacaq və toxunulmaz olacaqlar.

Bu qanun Azərbaycan Respublikası xalqının İlham Əliyevin funksiyasına qarşı narazılığın güclənməsi və bu ölkədə islami oyanışın artması ardınca təsdiqlənib.

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 16