Tarix : 2012 Jun 17
Kod 31015

Hacı İlqar Əliyevin məhkəməsi təxirə salınıb

Növbəti məhkəmə prosesi iyun ayının 25-ə təyin olunub.
/Aran agentliyi

 

Cəlilabad rayonunun Göytəpə qəsəbə sakini, şərlənərək həbs olunmuş Azərbaycanın mübariz Ruhanilərindən olan Hacı İlqar Əliyevin məhkəməsi təxirə salınıb.

Qurtuluş Günü” olduğu üçün iyun ayının 15-ə təyin olunan məhkəmə prosesi keçirilməyib. Növbəti məhkəmə prosesi isə iyun ayının 25-ə təyin olunub.

Xatırladaq ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsinin sakini ruhani Hacı İlqar Əliyev Evrovision mahnı müsabiqəsinin tərkib hissəsi olan “Gey Parada” kəskin etiraz etdiyi üçün Fevral ayının 17-i Cümə namazından sonra Cəlilabad rayon polisi və Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdı. Hacı İlqar Əliyev şərlənərək Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 17