Bəhreyndə Al-Xəlifə rejiminin «Formula-1» avtoyürüşləri təşkil etməsindən sonra bu dəfə Azərbaycan Respublikası hakimiyyəti «Formula-1» avtoyürüşlərini təşkil etmək istəyir
  /Aran Agentliyi
Bəhreyndə Al-Xəlifə rejiminin «Formula-1» avtoyürüşləri təşkil etməsindən sonra bu dəfə Azərbaycan Respublikası hakimiyyəti «Formula-1» avtoyürüşlərini təşkil etmək istəyir.
 
APA-nın  məlumatına görə, iyunun 17-də Bakıda ilk dəfə olaraq «Formula-1»in hazırkı çempionu «Red Bull Racing» komandasının RB7 bolidi nümunəvi avtoyürüşlər keçirəcək. Avtoyürüşlər Neftçilər prospektində, improvizasiya olunmuş yarış trasında baş tutacaq.
 
İki ay bundan əvvəl Bəhreyn rejimi də «Formula-1» avtoyürüşləri təşkil etmişdir ki, bunu işıqlandırmaq üçün Bəhreynə gələn müxbirlər ölkədə xalqa qarşı hökumətin kobud  reppressiasının da şahidi olmuşdurlar.
 
Səhər.TV