Avropa Şurası parlament Assambleyasının Monitorinq Komitəsinin üzvü Pedro Aqramont Murade yaxın zamanda Vicdan məhbuslarından bir qrupunun azad ediləcəyini bildirib
  /Aran Agentliyi
Avropa Şurası parlament Assambleyasının Monitorinq Komitəsinin üzvü Pedro Aqramont Murade yaxın zamanda Vicdan məhbuslarından bir qrupunun azad ediləcəyini bildirib.
 
Aqramont Morade deyib: Biz Bakıya səfərimiz çərçivəsində Oktay Güləliyevin azad olunmasına kömək etdik və Az. R. prokurorluğun məsul rəsmiləri yaxın zamanda yəni bir iki gündə vicdan məhbuslarından 7 nəfərinin azadlığa buraxılmasını bizə vəd ediblər.
 
Bakı mediasının məlumatına görə, Avropa Şurasının təmsilçisi azad olunan vicdan məhbuslarının adlarını müxbirlərə açıqlayıb.
 
Eyni zamanda beynəlxalq amnistiya təşkilatı da bir bəyanat yayaraq rəsmi Bakını müxaliflərin həbsini dayandırmasına görə tənqid edib. Bu beynəlxalq təşkilat qeyd edib: Bakıda Eurovizion mahnı müsabiqəsinin baş çatmasından sonra belə rəsmi Bakı sayı 11nəfərə çatan bu vicdan məhbuslarını azadlığa buraxmayıb.