Tarix : 2012 Jun 17
Kod 31019

2012-ci ildə Ermənistanı tərk edənlərin sayına dair ilk statistika açıqlandı

Ümumilikdə 2012-ci ildə Ermənistanı tərk edənlərin sayının 100 min nəfərə yaxın olduğu güman olunur
/Aran Agentliyi

Ümumilikdə 2012-ci ildə Ermənistanı tərk edənlərin sayının 100 min nəfərə yaxın olduğu güman olunur

Bu ilin ilk beş ayı ərzində 69 minə yaxın insan Ermənistanı təyyarə ilə tərk edib və geri qayıtmayıb. “Aykakan jamanak” qəzetinin yaydığı məlumata görə, bu rəqəm Ermənistan Mülki Aviasiya Baş İdarəsinin son hesabatında öz əksini tapıb. Ötən ilin müvafiq dövründə ölkəni 64 min nəfər tərk edib. Xəbərdə bildirilir ki, bu ilin ilk 4 ayı ərzində 50 min, may ayında isə 19 min nəfər Ermənistanı təyyarə ilə tərk edib.

Hələlik ölkəni digər nəqliyyat vasitələri ilə tərk edənlərə dair statistik məlumatlar açıqlanmayıb, lakin qəzet bu il ölkədən gedənlərin sayının 100 min nəfərə yaxın olduğunu ehtimal edir.

İslaminsesi.az

  • Yazılıb
  • da (də) 2012 Jun 17