Tarix : 2012 Jun 19
Kod 31047

Bu gün Hacı İlham Əliyevə hökm oxunacaq

Bu gün ilahiyyatçı alim Hacı İlham Əliyevin məhkəməsi olacaq
/Aran agentliyi

 

 

İslamazeri.az-ın verdiyi xəbərə görə, məhkəmə 12:30-da Xəzər rayon məhkəməsində baş tutacaq. Məhkəməyə sədrliyi hakim Fatma Miriyeva edəcək. Qeyd edək ki, bu gün keçiriləcək məhkəmədə hakimin ruhaniyə hökm oxuyacağı gözlənilir.

5 iyun 2012-ci il tarixində keçirilən məhkəmədə prokuror ruhaniyə 2 il 6 ay həbs cəzası verilməsini istəmişdi.

Xatırladaq ki, ilahiyyatçı İlham Əliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.

islamazeri.az

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 19