Müsəlman xalqlarının Məhəmməd (s) dininə fəal şəkildə qayıtmaları onların şərqi və qərbi maddi məktəblərin bəşərin həqiqi ...
/Aran Agentliyi
AranNews - Həzrət Ayətullah əl-üzma Xamenei bazar ertəsi səhər çağı (18 iyun) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) səadətli Məbəs bayramının ildönümündə ölkənin məsul rəsmiləri, müsəlman ölkələrin səfirləri və şəhid ailələrinin üzvlərindən ibarət bir qrupu ilə görüşü zamanı böyük Məbəs bayramı münasibətilə əziz İran xalqı və İslam ümmətini təbrik edərək deyib: "Besət nurunun saysız-hesabsız fənləri arasından bəşəriyyət iki şeyə mütləq möhtacdır: biri fikir və düşüncənin çiçəklənməsi, o biri isə, əxlaqın saflaşdırılması".
Ali Məqamlı Rəhbər artırıb: "Müsəlman xalqlarının Məhəmməd (s) dininə fəal şəkildə qayıtmaları onların şərqi və qərbi maddi məktəblərin bəşərin həqiqi ehtiyaclarını təmin etməkdən aciz olmalarını və yalnız besət təlimlərinin bəşəri səadətə və həqiqi tərəqqiyə çatdıra bilməsini mütəmadi təcrübələr nəticəsində başa düşmələrini göstərir.
O, çıxışının digər bir hissəsində regionun bəzi ölkələrindəki zorakı dövlətlərin açıq-aşkar zülmlərinə işarə edərək xatırladıb: "Beynəlxalq zalım qüvvələrin məntiqsiz təfəkküründə "insanlıq" üçün yer yoxdur. Necə ki, qərb ölkələrinin iqtisadi problemləri macərasında da dünya ictimaiyyəti istilaçı dövlərlərin, xalqların problemlərini deyil, bank sahibləri və investorların problemlərini həll etmək barədə düşündüklərini görür".
Həzrət Ayətullah əl-üzma Xamenei xalqları bir daha aşkar reallıqlar üzərində tərəkkürə dəvət edərək deyib: "İstilaçı quruluşun dünyaya hakim kəsilməsi, eləcə də dünyada zorakılıq və istilaçılığa tabelik qütblərinin mövcudluğu bütün bu problemlərin yaşanmasına səbəb olmuşdur. Zülm və zorakılıq qarşısında xalqların susmaması onun həllinə kömək edə bilər".
İslam İnqilabının Böyük Rəhbəri həmçinin beynəlxalq istilaçı və zorakı qüvvələrin region xalqlarının qiyamlarını nəzarət altına almaq və bu inqilabları yayındırmaq üzrə tükənməyən səylərinə işarə edərək xatırladıb: "Xalqlar ilahinin insanlara bəxş etdiyi nemətə arxalanıb, ilahinin vəd etdiyi himayələrinə nikbin olaraq müstəqil olmalı və istilaçılar qarşısında müqavimət göstərərək özlərinin taleyini müəyyənləşdirməlidirlər".
Ali Məqamlı Rəhbər İran xalqının izzət və iqtidarını müqavimət və çalışmağın nəticəsi adlandıraraq, dünyanın zorakı qüvvələrin İran İslam Respublikasına qarşı birləşmələrinə işarə edərək deyib: "Ötən 33 ildə ölkəmizin başa düşən və əziz xalqı dünya super-güclərinin fasiləsiz hiylələri ilə üzləşib. Bu hiylələrdə onların məqsədi İran xalqının canlı müqavimət və tərəqqi nümunələrini digər millətlərdən gizlətmək olub. Amma Allahın lütfü ilə zorakı qüvvələrin İran xalqını səhnədən çıxarmaq planları nakam qalıb. Bu dəfə də mütləq nakam qalacaqdır".
Həzrət Ayətullah Xamenei Allahın nüsrət vədələrinin gerçəkləşməsi üçün cihad və çalışmaq, hərəkət və təhlükəni qəbul etməyin lazım olduğunu da bildirərək, Quran ayələrinə istinadla artırıb: "Qələbə üçün təkcə mömin olmaq kifayət deyil, cihad, çalışmaq və səbr də lazımdır".
O, quruluş düşmənlərinə xitabən deyib: "Düşmənlər İranın mücahid, mübariz və təmkinli xalqı əleyhinə mübarizədəki məğlubiyyət sınaqlarından ibrət dərsi almaldırlar. Düşmənlər bu məqamı dərk etməlidirlər ki , müqavimət və vəhdəti Quran Kərimdən öyrənmiş və özünü tanımış İran xalqı ilə bağlı təkəbbür, özünü böyük görmə və məntiqsiz təvəqqe səmərəsizdir".
Böyük İnqilab Rəhbəri habelə, İslam düşmənlərinin şiə və sünniləri bir-birlərindin qorxutmaq üzrə yürütdüyü siyasətinə işarə edərək İslam dünaysında vəhdətin yaradılmasını vacib sayıb və bəzi ünsürlərin təfriqə xarakterli hərəkətlərini tənqid edərək deyib: "İslama inanmayan və İslamı qəbul etməyənlər xüsusilə də şiəçilik və sünniliyi tanımayanlar istilaçı dövlərlərin casusluq orqanlarının istəyinə uyğun olaraq şiəçiliyin geniş yayılmasından qorxurlar. Ona görə də təfriqə yaradırlar".
Həzrət Ayətullah Xamenei çıxışının sonunda müsəlman xalqlarına müdrikliyi, birliyi və müqaviməti tövsiyə edərək, Allahın inayəti ilə İslam ümmətinin düşmənlərə qələbə çalacağına və besətin hədəflərinin gerçəkləşəcəyinə ümidvar olduğunu deyib.