Tarix : 2012 Jun 20
Kod 31061

Hazırda partiyanın adının dəyişdirilməsi fikrində deyilik

Elçin Manafov: ''Adın dəyişdirilməsini yalnız partiyanın yaşadılması üçün edə bilərik''
/

Elçin Manafov: "Adın dəyişdirilməsini yalnız partiyanın yaşadılması üçün edə bilərik"

Azərbaycan İslam Partiyası dövlət qeydiyyatına alınması, fəaliyyətinin rəsmiləşdirilməsi məqsədilə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan qurultayında ad məsələsini də müzakirəyə çıxaracaq”. Bu məsələ ilə bağlı dünən AİP rəsmi olaraq açıqlama verib. FaktXeber.com-un “partiyanın adının dəyişdirilməsi hansı zərurətdən doğub”,-sualını cavablandıran AİP-in sədr əvəzi Elçin Manafov, bunu Milli Məclisdə qəbul edilən yeni qanun layihəsi ilə əlaqədar olduğunu bildirdi: “Yeni qadağadan sonra adlarında islam sözü olan partiyaların fəaliyyətinə imkan verilməyəcək. Eyni halda qeydiyyatsız partiyaların fəaliyyəti də əvvəlki illərdə olduğu kimi deyil. Belə ki, qeydiyyatı olmayan partiyaların fəaliyyətini birbaşa dayandırılır. ”

AİP sədri onu da qeyd etdi ki, əgər partiyanın yaşaması üçün adının dəyişdirilməsi lazımdırsa, biz buna gedəcəyik: “Yəni əhəmiyyətli olanını seçəcəyik. Bizim üçün partiyanın mövcudluğu hər şeydən üstündür. Biz yalnız partiyanın adının dəyişdirilməsinə razılaşa bilərik.”

Hazırda partiyanın adının dəyişdirilməsi fikrində olmadıqlarını qeyd edən Elçin Manafov, “adın dəyişdirilməsi zərurət olarsa biz buna gedəcəyik. Yəni biz demirik ki, adın dəyişdirilməməsində israrlıyıq”,-deyə bildirdi: “Təki partiyamız yaşasın. Adın dəyişdirilməsini yalnız partiyanın yaşadılması üçün edə bilərik. Əks halda biz buna getməyəcəyik. Bizdən olsa partiyanın adını dəyişdirməyəcəyik.”

HaqqYolu

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 20