/Aran Agentliyi
Uçuşlar iyulun 3-dən etibarən başlayacaq
 
HaqqYolu - "Azərbaycan Hava Yolları" QSC iyulun 3-dən etibarən Bakı-Təbriz-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Birbaşa uçuşlar oktyabrın 27-dək davam edəcək.
 
Uçuşların ATR-42 tipli təyyarələrlə həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetirilməsi nəzərdə tutulur.
 
Daha ətraflı məlumat üçün: + (99412) 598-88-80 və ya *8880.