Tarix : 2012 Jun 20
Kod 31064

Ermənistan və Azərbaycan təmas xəttində atışma davam edir

Azərbaycan Respublikası Ermənistan qüvvələri tərəfindən bir daha atəşkəsin pozulduğunu bildirib
/Aran Agentliyi

Azərbaycan Respublikası Ermənistan qüvvələri tərəfindən bir daha atəşkəsin pozulduğunu bildirib. Azərbaycan Respublikası Dövlət İnformasiya Agentliyi APA-nın məlumatına görə, bu respublikanın Müdafiə Nazirliyi bu gün bidlirib: Ermənistan qüvvələri İcevan, Xocavənd və Ağdam rayonlarında Azərbaycan Respublikasının mövqelərini atəşə tutublar.

Bu nazirliyin bildirdiyinə görə, Ermənistan qüvvələri Goranboy və Fizuli rayonlarında da Azərbaycan Respublikası qüvvələrinin mövqelərini bir daha atəşə tutublar.

Bu məlumata əsasən, Ermənistan tərəfindən açılan atəşə Azərbaycan Respublikası qüvvələri cavab atəşi açıblar. Bu toqquşmada itki olmayıb.

Azərbaycan Respublikası və Ermənistan təmas xəttində qüvvələrin son toqquşmaları iki ölkə xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbəndyanın Parisdə görüşü və Qarabağ münaqişəsinin həllində Minsk qrupunun vasitəçiliyinin möhkəmləndirilməsini vurğuladıqları bir halda baş verir.

Bununla yanaşı ABŞ, Fransa və Rusiya dövlət başçıları bazar ertəsi günü bir bəyanatda Azərbaycan Respublikası və Ermənistan prezidentlərindən Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ilkin prinsiplər barəsində razılığa gəlmələrini istəyiblər.

  • Yazılıb
  • da (də) 2012 Jun 20