Azərbaycan Respublikasında çap olunan ''Gündəlik Xəbər'' qəzeti respublikadakı bəzi qurum nümayəndələrinin NATO ekspertləri ilə Brüsseldə görüşəcəyindən xəbər verib
  /Aran Agentliyi
Azərbaycan Respublikasında çap olunan "Gündəlik Xəbər" qəzeti respublikadakı bəzi qurum nümayəndələrinin NATO ekspertləri ilə Brüsseldə görüşəcəyindən xəbər verib.
 
Bu qəzetin yazdığına görə bu müzakirələrdə Azərbaycan Respublikasının xarici işlər və müdafiə nazirlikləri, dövlət sərhəd orqanları, polis qüvvələri və daxili işlər nazirliklərinin nümayəndələri iştirak edəcək, bu ölkənin NATO ilə əməkdaşlıq prespektləri barədə danışıqlar aparacaqlar.
 
Qəzetin verdiyi məlumatda daha sonra deyilir ki, Azərbaycan Respublikasının müdafiə məsələlərindəki ehtiyacları, NATO ilə əməkdaşlıqların davam etdirilməsi ilə bərabər azəri qüvvələr arasında uyğunlaşma və bu kimi mövzular Brüssel müzakirələrinin əsas mövzularını təşkil edir.
 
Xatırladaq ki, Şimali Atlantika Alyansı NATO ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq 1994-cü ildə Sovet İttifaqının süqutundan sonra başlanıb və  Azərbaycan 2006-cı ildə Brüsseldə bağlanmış müqavilə əsasında bu təşkilatın sülhsevər proqramlarında iştiraka başlayıb.
 
Hal-hazırda NATO və Azərbaycan Respublikası arasında iş birliyi "sülh uğrunda tərəfdaşlıq" layihəsinin iki bölümünə əsasən davam edir və NATO ilə Bakının əməkdaşlığı razılaşmasına müvafiq olaraq həyata keçir.
 
Azərbaycan Respublikasının hərbi qüvvələrinə təlim isə NATO standartlarına uyğun olaraq keçirilməklə bərabər nəzərdə tutulmuş hərbi təlimlər, məşqlər, azəri ordusunun NATO-ya aid hərbi texnikalarından istifadəsi ilə bu təşkilatın sülhsevər fəaliyyətlərində iştirakı əməkdaşlıq sahələrindən hesab olunur.