Tarix : 2012 Jun 20
Kod 31066

Ekspertlər Anarın 2 illik həbsini ədalətsiz hesab edir

Rəsmi Bakının bu mövqeyi İranla olan münasibətlərin üzərinə kölgə salmaq məqsədi ilə həyata keçib
/Aran Agentliyi

Azərbaycan Respublikasının bir siyasi eksperti bu respublikanın siyasi mövqelərinə işarə edərək İran İslam Respublikasının Bakıdakı yerli müxbirinin 2 illik həbs cəzası barədə deyib: Rəsmi Bakının bu mövqeyi İranla olan münasibətlərin üzərinə kölgə salmaq məqsədi ilə həyata keçib.

EXO qəzetinin məlumatına əsasən, Azərbaycan Respublikasının siyasi eksperti Pərvin Darabadi deyib: İran tərəfi Bakının bu mövqeyinə hökmən reaksiya verəcək. Bu hadisə iki ölkə arasındakı gərgin münasibətləri daha da şiddətləndirəcək.

Pərvin Darabadi İranda həbs olunduqları və şair olduqları iddia edilən iki nəfərin haqqında yayılmış xəbərlərin də İranla Azərbaycan Respublikasının gərgin münasibətlərindən xəbər verdiyini deyib.

Vestnik Qafqaz internet saytının Avropa ölkələri üzrə rəhbəri Orxan Səttarov da Anar Bayramlının həbs məsələsini bir növ İranla Azərbaycan arasındakı siyasi vəziyyətin açıqlaması kimi dəyərləndirib.

Azərbaycan Respublikasında onlarla müəssisə, beynəlxalq qurum, siyasi partiya və fikir sahibləri Anar Bayramlının həbsinin siyasi qərəzli həbs olduğunu, bu müxbirin siyasi, vicdan və azadlıqsevər məhbus olduğunu vurğulayıblar.

  • Yazılıb
  • da (də) 2012 Jun 20