Tarix : 2012 Jun 20
Kod 31067

RUSİYA AZƏRBAYCANA HÜCUMA HAZIRLAŞIR?

Azad İsazadə: ''Əgər informasiya təsdiqlənsə, bu o deməkdir ki, Rusiya Azərbaycanda və ya Cənubi Qafqazda akt həyata keçirməyə hazırlaşır''
/Aran Agentliyi

Azad İsazadə: "Əgər informasiya təsdiqlənsə, bu o deməkdir ki, Rusiya Azərbaycanda və ya Cənubi Qafqazda akt həyata keçirməyə hazırlaşır"

Qəbələ RLS-dən rusiyali hərbçilərin köçürülməsi ilə bağlı son vaxtlar yayılan məlumatlar artıq ciddiləşib. Azərbaycan tərəfi Rusiyaya Qəbələ RLS-dən çıxmaqla bağlı iyul ayının 1-nə qədər vaxt qoyub. Eyni halda Rusiya hökumətinə yaxın olan mətbuat orqanlarının rusiyalı hərbçilərin stansiyadan getməsi ilə bağlı yaydığı məlumatlara Azərbaycan hakimiyyəti və Müdafiə Nazirliyi hər hansı bir rəsmi münasibət bildirmir. Son vaxtlar Qəbələ RLS-lə bağlı yayılan məlumatlara hökumətin hər hansı bir reaksiya verməməsi ilə bağlı FaktXeber.com-a açıqlama verən hərbçi-ekspert Azad İsazadə, yayılan informasiyaların rəsmi xarakter daşımadığını bildirdi. Ekspert vurğuladı ki, yayılan məlumatlar ya dezinformasiyadır, ya da ki, ictimai rəyi öyrənmək üçün həyata keçirilir: “Digər tərəfdən isə yayılan informasiyalar olduqca təhlükəlidir. Əgər informasiya təsdiqlənsə, bu o deməkdir ki, Rusiya Azərbaycanda və ya Cənubi Qafqazda akt həyata keçirməyə hazırlaşır.”

Ermənistanda yerləşən Gümrü hərbi bazasından rusiyalı hərbçilərin Rusiyaya köçürüldüyünü qeyd edən Azad bəy, “bu, o deməkdir ki, bazada hərbi vəziyyət elan olunub. Bu eyni halda hərbi əməliyyata hazır olma nümayişidir”,-deyə bildirdi: “Paralel olaraq Qəbələ RLS haqqında da eyni məlumatların yayılması, baş verənlərin ciddi xarakter daşıdığından xəbər verir. İstisna edilmir ki, yay aylarında nə isə baş verə bilər.”

Xəyal Şükür-Faktxeber.com

  • Yazılıb
  • da (də) 2012 Jun 20