Tarix : 2012 Jun 20
Kod 31068

ABŞ ermənilərin əsərlərinin dağıdılmasından narahatdır

İndiyə kimi ABŞ rəsmilrindən Qafqaz müsəlmanlarının məscidinin ermənilər tərəfindən dağıdılmasına heç bir etiraz olmayıb
/Aran Agentliyi

İndiyə kimi ABŞ rəsmilrindən Qafqaz müsəlmanlarının məscidinin ermənilər tərəfindən dağıdılmasına heç bir etiraz olmayıb.

AranNews - ABŞ-ın Azərbaycanda səfiri postuna ehtimal edilən namizədi Azərbaycan dövləti tərəfindən ermənilərin məzhəbi əsərlərinin dağıdılmasının doğru olub-olmamasını araşdıracağını deyib.

Mənbəmizin erməni mətbuatına istinadla verdiyi məlumata əsasən, ABŞ-ın Azərbaycana səfir təyin etməsi güman edilən Riçard Morninqstar ABŞ Senatının xarici əlaqələr komitəsindəki çıxışında Azərbaycan dövlətinin Naxçıvanın Culfa rayonundakı ermənilərin tarixi və məzhəbi əsərlərini dağıtması məsələsini araşdıracağını deyib.

Azərbaycanda çap olunan "Azadlıq" qəzetinin yazdığına görə Morninqstarın səfir vəzifəsinə təyin edilməmişdən qabaq erməni qəbiristanlığının dağıdılması barədəki çıxışı Azərbaycan hökumətini nigəran edir.

Azərbaycan Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc, Azərbaycanın bu istiqamətdə diplomatik addımlar atmalı olduğunu hesab edir. Deputat vurğulayıb ki, Azərbaycan belə məqsədi olan bir səfirin təyin olunmasının əleyhinədir.

Erməni lobbisi tərəfindən də siyasi və maddi dəstək alan ABŞ-ın Azərbaycanda səfiri postuna ehtimal edilən namizədinin açıqlamaları elə bir halda ortaya atılır ki, indiyə kimi ABŞ rəsmilrindən Qafqaz müsəlmanlarının məscidinin ermənilər tərəfindən dağıdılmasına heç bir etiraz olmayıb.

Bu xəbərə əsasən, bir müddət qabaq ermənilər Azərbaycan ərazisində yerləşən tarixi bir məscidi mal-heyvan və donuz saxlanılan tövləyə çevirmişdilər. Bu məscid 19-cu əsrdə memar Kərbəlayi Safi xan Qarabaği tərəfindən tikilmişdir. "Qafqaz Center" saytının rus jurnalistinin müşahidələrinə görə bu məscidin tavanı dağılmış, qapı və pəncərələri sınmış və bu müqəddəs ibadətgah tövləyə çevrilmişdir. Jurnalistin deməyinə əsasən, o bu məscidə bir erməni əsgərinin nəzarəti altında baxmışdır, lakin xoşbəxtlikdən məsciddən bir neçə şəkil çəkə bilmişdir. O bu barədə artırıb: "Baxış zamanı məcsidin yerinin mal-heyvan nəcisi ilə örtldüyünü gördüm".

  • Yazılıb
  • da (də) 2012 Jun 20