Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində investisiya üçün 30 milyon dollar vəsaitin ayrıldığını bildirib
/Aran Agentliyi
Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində investisiya üçün 30 milyon dollar vəsaitin ayrıldığını bildirib.
İRNA-nın məlumatına görə, Henri Kranli deyib: Dünya Bankı bu vəsaiti gələn ilin sonuna qədər Azərbaycan Respublikasına verməyi nəzərdə tutub.
Dünya Bankının Cənubi Qafqaz üzrə reigonal direktoru habelə deyib: Bu bank Azərbaycan Respublikasında kənd təsərrüfatı, səhiyyə və müalicə xidmətləri sahəsində iki layihənin icrası üçün vəasit ayırmağı nəzərdə tutub.
Kranli Azərbaycan Respublikasında bu layihələrin icrasında məqsədin bu respublika əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi hesab edib.
Qeyd etmək lazımdır ki, Azrəbaycan Respublikasının prezidenti İlham Əliyev iki gün öncə Dünya Bankının Cənubi Qafqaz üzrə regional yeni direktoru ilə görüşdə bu ölkənin Dünya Bankı ilə əməkdaşlıq yollarını araşdırıb.