Rəsmi Bakı nümayəndələri hər cür üsullarla mübarizə tərəflərini barışdırmağa çalışır
/Aran Agentliyi
“Qafqazinfo”nun məlumatına görə, İsrail mətbuatında yer alan məqalədə deyilir ki, Azərbaycan İsraillə əlaqələrindən və türk nazirinin dəstəyindən faydalanmaqla “Azad Qəzza” donanmasında baş verən insidentləri “arxada qoymaq” üçün hər iki tərəflə barışdırıcı formul hazırlamağa cəhd edir.
Məqalədə qeyd olunur ki, baxmayaraq İstanbulda 2010-cu ildə “Azad Qəzza” donanmasına qarşı əməliyyata cəlb olunan “Çaxal”ın yüksəkvəzifəli zabitləri ilə bağlı qiyabi hökmün çıxarılması gözlənilir, Azərbaycan keçmiş strateji partnyorların barışığına nail olmaq üçün səyləri davam etdirir. “İsrail və Türkiyə əlaqələrindəki dərin böhranın fonunda bu Cənubi Qafqaz ölkəsi daha həssas situasiyadadır. Azərbaycan üçün Türkiyə qardaş ölkədir, hər iki ölkə əhalisini ortaq dil, sıx mədəni və iqtisadi əlaqələr birləşdirir. İsrail isə azərbaycanlılar üçün fövqəladə mühüm strateji partnyordur, xüsusilə İranla gərginlik, həmçinin Xəzər neftinin ən iri idxalçısı kontekstində. Buna görə də rəsmi Bakı nümayəndələri hər cür üsullarla mübarizə tərəflərini barışdırmağa çalışır. Azərbaycan özünün vasitəçilik missiyasına İsrail hökuməti ilə əlaqələri və Türkiyə baş nazirinin əhatəsini cəlb edir”.
“IzRus” saytına diplomatik mənbədən daxil olan xəbərə görə, son aylar Azərbaycan tərəfi elə bir formul tapmağa çalışır ki, bu, “Azad Qəzza” donanmasında baş verən insidenti unutdura bilsin.
Rəsmi Bakı bu məsələdə hər iki tərəfin milli qürur hisslərinin həlledici rol oynadığını desə də Ərdoğan dəfələrlə qeyd edib ki, əlaqələrin normallaşması ancaq İsrailin üzr istəyəcəyi, gəmidə ölənlərin ailələrinə kompensasiyanın ödənilməsi və Qəza sektorunda blokadanın ləğv olunacağı halda baş verə bilər.
Sonda qeyd olunub ki, rəsmi Bakı öz vasitəçilik missiyasının uğurla başa çatacağına əmin ola bilməz, bu daha çox türk və israillilərdən asılıdır, lakin nəticə əldə etmək üçün maksimum səy göstərir.
islamazeri.az