Azərbaycan Respublikası mətbuatı rusiyalı qüvvələrin Qəbələ RLS-dən çıxdıqları barədə məlumatlar dərc edir
  /Aran Agentliyi
Azərbaycan Respublikası mətbuatı rusiyalı qüvvələrin Qəbələ RLS-dən çıxdıqları barədə məlumatlar dərc edir. Ekspres qəzetinin dünənə olan məlumatına əsasən, Rusiya heç də mail olmadığı bir halda bu stansiyanı tərk etmək məcburiyyətində qalıb.
 
Bizim Yol qəzeti isə yazır: Bəzi informasiya qaynaqları elan edir ki, ruslar 2012-ci il iyunun 21-nə qədər kirayə etdikləri stansiyanı boşaltmalıdır.
 
Rusiyalı mütəxəssis və hərbi-siyasi tədqiqat mərkəzinin rəhbəri olan Aleksandr Xramçixin Qəbələ RLS-də olan rus zabitlərinin ailələri ilə birlikdə Azərbaycan Respublikasını tərk etmə məsələsinə işarə edərək deyib: Rusiyanın bu məqsədsiz kirayə məsələsinə son qoyacağına ümid edirəm. Çünki bu stansiya bir növ Rusiyanı təhdid etmək üçün bir bəhanəyə çevrilib.
 
Azərbaycan Respublikası Qəbələ Radiolokasiya Stansiyanı  2002-ci ildə 10 il müddətinə Rusiyanın ixtiyarına verilib və bu il bu müqavilənin zamanı başa çatır.
 
Qeyd edək ki, bu stansiya Bakının 326 kilometr şimal-qərbində yerləşir və 7 min kilometrlik raket hücumlarını belə müəyyən etmək qabiliyyətinə malikdir.
 
Rəsmi Bakı isə kirayə müqaviləsinin müddətinin artırılması üçün illik 300 milyon dollar məbləği Rusiyaya elan edib. Amma indiyə qədər stansiyanın kirayə qiyməti 7 milyon dollar idi.