Ermənistanın Gümrü bazasında olan Rusiya hərbi bazasındakı əsgərlərin sayı iki qat artırılacaq
  /Aran Agentliyi
 
 
Ermənistanın Gümrü bazasında olan Rusiya hərbi bazasındakı əsgərlərin sayı iki qat artırılacaq.
 
Rusiya mətbuatına istinadən verilən məlumata görə, Rusiyanın Cənub Hərbi Dairə Komandanlığının mətbuat xidmətinin rəisi İqor Qorbulun Moskvada mətbuat nümayəndələrinə verdiyi məlumata görə, Ermənistanın Gümrü rayonundakı Rusiya hərbi bazasındakı əsgərlərin sayı iki qat artırılacaq.
 
İqor Qorbul həmçinin qeyd edib ki, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasındakı müqaviləli hərbçilərinin sayı artırılacaq. Bundan başqa, həqiqi hərbi xidmət keçən hərbçilərin sayı 5 min nəfər olacaq.
 
O, Gümrüdəki hərbi bazada nə qədər hərbi qulluqçunun olacağı haqda məlumat verməyib.
 
Rusiya parlamenti keçən il Gümrü bazasının icarə müqaviləsinin 2044-cü ilə qədər uzadılması ilə əlaqədar razılaşmanı təsdiqləmişdi.
 
Türkiyə-Ermənistan sərhədinə çox yaxın bölgədə terləşən hərbi bazada keçmiş Sovet ölkələrinin havadan müdafiə sistemi var. Rusiya bazasında S-300 RƏM sistemləri və Mikoyan MİG-29 tipli hərbi təyyarələri var.
 
Əli Hüseynli
 
Faktxeber.com