Avropa Əməkdaşlıq və Təhlükəsizlik Şurasının nümayəndəsi Dünya Miyatoviç Azərbaycan Respublikasında Anar Bayramlı da daxil olmaqla ...
  /Aran Agentliyi
Avropa Əməkdaşlıq və Təhlükəsizlik Şurasının nümayəndəsi Dünya Miyatoviç Azərbaycan Respublikasında Anar Bayramlı da daxil olmaqla bir neçə jurnalistin həbsinə işarə edərək rəsmi Bakını söz azadlığı prinsipinə riayət etməyə dəvət edib. Bakıdakı yerli qaynaqların Almaniya mətbuatına istinadən verdiyi məlumatına əsasən, Miyatoviç Avropa parlament assambeleyasındakı çıxışında həbs edilmiş jurnalist və digər siyasi məhbusların azadlığa buraxılmasını vurğulayıb. Vurğulanan jurnalistlər arasında Anar Bayramlının da adı çəkilib.
 
Bu avropalı rəsmi çıxışının davamında Azərbaycan Respublikasının verdiyi öhdəliklərə laqeyd yanaşdığını, söz azadlığına riayət etmədiyini də qeyd edib.
 
Bəzi Almaniya nəşriyyatlarında Avropa Şurasının xüsusi nümayəndəsi Kristofer Ştraselin gələn materiallarda Azərbaycan Respublikasında Anar Bayramlının həbsi barədə məlumatlar verəcəyi xəbərləri yayımlanır.
 
Bakıda çap olunan Azadlıq qəzeti isə yazır: Azadlıq Evi, Jurnalistlərin hüququnu müdafiə komitəsi və insan haqları gözətçisi kimi təşkilatlar bir daha Azərbaycan Respublikasını insan haqlarının pozduğu üçün bu mövqeyi pisləyiblər.
 
Anar Bayramlı Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu adlandırılmışdır. Xatırladaq ki, Anar fevralın 17-də saxta ittihamlarla, sırf jurnalistlik vəzifəsini yerinə yetirdiyi üçün həbsə məhkum olunub.