Tarix : 2012 Jun 21
Kod 31087

Heydər Müslihinin sözləri Azərbaycan Respublikasının diqqətini cəlb edib

İranın nüvə alimlərinin terror olunması üçün sionist rejimə kömək etməkdə qonşu ölkələrdən birinin rolu olması barəsində İranın ...
/Aran Agentliyi

İranın nüvə alimlərinin terror olunması üçün sionist rejimə kömək etməkdə qonşu ölkələrdən birinin rolu olması barəsində İranın təhlükəsizlik nazirinin ifşaçılığı Bakı mətbuatında geniş rezonans doğurub. MediaForum İnformasiya Agentliyi “Təhlükəsizlik naziri İranın nüvə alimlərinin terrorunda qonşu ölkələrdən birinin iştirak etməsinə toxunub”, Yeni Müsavat qəzeti “İranın təhlükəsizlik naziri Azərbaycana işarə edib” və Azadlıq qəzeti “İranın təhlükəsizlik nazirinin düşündürücü bəyanatı” başlıqları ilə və bir çox Azərbaycanın xəbər mənbələri bu məsələni əks etdiriblər.

İranın təhlükəsizlik naziri Heydər Müslihi son vaxtlar İranın nüvə alimlərinin terror amillərindən 20 nəfərin həbs olunmasına toxunaraq deyib: Terror amilləri barəsində informasiyaların əksəriyyəti İrandan kənarda toplanıb və sionist rejim İran vətəndaşlarına qarşı terror əməliyyatında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ və İngiltərənin Mİ6 casusluq xidmətlərinin imkanları, təlim və əlaqələrindən də yararlanıb.

İranın təhlükəsizlik naziri eyni zamanda bildirib: Son vaxtlar iki terror şəbəkəsi ilə əlaqədar əməliyyatda bəlli oldu ki, sionistlər İranın qonşu ölkəsinin torpağından İranda terror aktları törətmək üçün istifadə ediblər. Bu məsələ dözülməz olacaqdır.

Qeyd etmək lazımdır ki, İranın Xarici İşlər Nazirliyi 4 ay öncə Azərbaycan Respublikasının Tehrandakı səfirini çağırtdıraraq və sənədlər təqdim edərək İranın nüvə alimlərinin terror olunmasında Bakının Mossadla əməkdaşlığına etiraz edib və  Bakıya sığınmış Cavidan adlı terror amilinin ekstradisiya olunmasını istəyib.

Bu rüsvayçılıqla böhran şəraitinə düşən Azərbaycan Respublikasının əlaqədar qurumları son bir neçə ay ərzində gülünc bir hərəkətdə və əlacsızlıq üzündən bir qrup cinayətkar və narkoman məhbusu razılaşdırdılar ki, cəzalarının yüngülləşdirilməsi qarşılığında kamera qarşısında yalandan etiraf etsinlər ki, İranın təhlükəsizlik qurumlarına bağlı olublar və terror aktları keçirmək istəyiblər.

Bundan öncə də xəbər mənbələri bildirmişdilər ki, Azərbaycan Respublikası bölgədə müxtəlif terrorizm düşərgələrinə çevrilməkdədir. Belə ki, bu məsələ daha çox bu ölkənin stabilliyini təhlükəyə atır.

  • Yazılıb
  • da (də) 2012 Jun 21