/Aran Agentliyi
 
 
 
  قال الامام الصّادق (علیه السّلام : إذا کان یوم القیامه جمع الله عزّ و جلّ الناس فى صعیدٍ واحدٍ و وضعت الموارین فتوزن دماء الشهدا مع مداد العلماء فیرحجّ مداد العلماء على دماءالشهداء؛بحارالانوار، ج 2، ص 14 
 
 
 
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü Allah-Taala əvvəldən axıra nə qədər insan varsa, hamısını bir yerə yığacaq və əməl tərəziləri qurulacaq. O zaman şəhidlərin qanı ilə (imanlı və mübariz) alimlərin qələmlərinin mürəkkəbi ölçüləcək və belə alimlərin mürəkkəbi şəhidlərin qanından üstün gələcək!" (Biharul-Ənvar, c. 2, səh.14) 
 
Azərbaycan Respublikasında İslam və islamçılara qarşı repressiya və haqsızlıqların ardınca dəyərli din xadimi və alim, höccətül-islam İlham Əliyevin saxta ittihamlarla azadlıqdan məhrum olunması xəbəri yayıldı. 
 
Əziz alim və ruhani qardaşımızın cəmiyyətimizdə gedən fitnə-fəsada və hicab qadağasına etiraz etdiyi üçün şərlənib həbs olunmasına zərrəcə şübhə yoxdur - Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin bu rüsvayçı hadisə ilə bağlı qəti mövqeyi budur. Təssüfilər olsun ki, bugünkü iqtidar Qərb və İsrail rejiminin sifarişi ilə həm Allah yanında, həm də cəmiyyətdə yüksək ehtirama malik olan imanlı və həqiqi din xadimlarimizi və inanclı qardaşlarımızı ləkələmək və müsəlman cəmiyyətində ruhanilərlə xalq arasında soyuqluq yaratmaq proqramına imza atıb. Müdafiə Komitəsi bu məhkəməni və onun hökmünü qətiyyətlə pisləyir, höccətül-islam İlham Əliyevə azadlıq tələb edir. 
 
Quran və Əhli-beyt (ə) yolunu özlərinə örnək seçmiş, imanlı və haqqı açıq şəkildə üzə deyə bilən din xadimlərinin məqamı haqqında səhih bir hədisi əziz müsəlman qardaş və bacılarımızın diqqətinə çatdırmaq istərdik. Bununla da, bugünkü iqtidarın belə dəyərli alimləri müsəlmanlardan ayırıb zindanlara atmasının necə böyük faciə olduğunu dərk edə bilək. Hər halda, alimlər öz yüksək məqamlarına çatırlar. 
 
İslam Peyğəmbərindən (s) nəql olunmuş səhih hədislərin birində o həzrət, Əbuzərə belə buyur: "Ey Əbuzər! Bir saat (imanlı və mübariz) alimlə oturmaq (və ya ondan elm öyrənmək) Allah-Taala dərgahında min il gecələr ayaq üstə durub ibadət etməkdən üstündür. Həmçinin, (imanlı və mübariz) alimin bir saatlıq elmi məclisində olub, ondan bir şey öyrənməyin savabı Allah yanında İslam Peyğəmbərinin (s) də iştirak etdiyi min döyüşə qatılmaqdan üstündür. Ey Əbuzər! (İmanlı və mübariz) İslam aliminin bir saatlıq elmi-dini məclisində olmaq, Allah yanında Quranı on iki min dəfə xətm etməkdən üstündür." (Biharul-Ənvar, c.1, səh.203) 
 
Bu gün ölkəmizdə müharibə gedir. Belə bir həssas vaxtda, hər gün torpağ uğrunda şəhidlər təqdim edilən zaman iqtidarın müsəlman xalqımızın imanlı və mübariz din xadimlərinə və inanaclılarına qarşı belə repressiya və haqsızlığı heç bir qanuna və ölçüyə sığışmır. Bu addım ölkədə İslamın kökünə balta çalmaqdan başqa bir şey deyil.
 
Müdafəi Komitəsinin mətubat xidməti
  2012-06-19 
 
Hicab.org