Tarix : 2012 Jun 23
Kod 31104

Azərbaycanda daha bir jurnalist həbs edildi

Bu gün Nizami Rayon Məhkəməsində '' Tolışi Sədo'' qəzetinin baş redaktoru Hilal Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib
/Aran Agentliyi

Səhər TV

Bu gün Nizami Rayon Məhkəməsində " Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası beynəlxalq təşkilatların söz və ifadə azadlığına riayətin zərurəti haqdakı hesabatlarına laqeyd yanaşmasının davamında bir daha bir jurnalist və universitet müəllimini saxta narkotik maddələr ittihamı ilə həbs etdi.

Mediaforumun verdiyi məlumata görə Tolışi Sədo qəzetinin baş redaktoru və universitet müəllimi Hilal Məmmədov bu gün saat 11-30 da Bakıda naməlum şəxslər tərəfindən oğurlanaraq, nəhayət polis həbsxanasında izi tapıldı və iddia edildi ki, onun cibindən 5 qram heroin tapılıb.

Azərbaycan Respublikasında Sülh və Demokratiya İnstitutu bir bəyanat yayaraq, Hilal Məmmədovun dərhal sərbəst buraxılması istəyini irəli sürərək, belə vurğuladı: " Bu tərzdə davranış Azərbaycan Respublikası vətəndaşlarına qarşı təzyiq və xaosun tətbiq edilməsidir".

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov APA Xəbər Agentliyi ilə müsahibədə ziyalılar və jurnalistlərin həbs edilməsi üzrə keçmiş hallar kimi bu dəfə də iddia etdi ki, Hilal Məmmədov jurnalistika fəaliyyətlərinə görə yox, işlədiyi suça görə həbs edilibdir.

Ehsan Zahidov həmçinin iddia edib ki, yaxalandığı zaman Hilal Məmmədovun üstündən 5 qram heroin tapılıb və Narkotik Maddələrlə Mübarizə Polisinin qüvvələri onun yaşadığı məkandan da başqa 30 qram heroin kəşf və zəbt ediblər.

Tolışi Sədo Qəzeti, Azərbaycan Respublikasının ən böyük etnik azlığı olan Talışların yeganə mətbuat orqanıdır ki, nəşr edildiyi müddət ərzində dəfələrlə Bakı Dövləti tərəfindən təzyiq və hədələrlə üzləşibdir.

Mərhum Professor Novruz Məmmədov Tolışi Sədo qəzetinin keçmiş baş redaktoru idi ki, 2008-ci ilin fevral ayında saxta casusluq ittihamı 10 il həbs cəzasına məhkum edildi və onun yaxınlarının bildirdiklərinə və beynəlxalq qurumların etiraflarına görə 2009-cu il avqustun 17-də həbsxanada öldürüldü.

Azərbaycan Respublikasında Günaz TV kimi separatçı televiziyalar və nəşriyyatın fəaliyyət göstərdiyi bir halda bu ölkə dövləti son aylar ərzində müstəqil jurnalistləri repressiya etmək rəftarını həyata keçirməkdədir.

  • Yazılıb
  • da (də) 2012 Jun 23