Tarix : 2012 Jun 23
Kod 31108

Həsənov İranla əlaqələrin adiləşdirilməsini istədi

Əli Həsənov Yeni Müsavat qəzeti ilə müsahibədə Azərbaycan Respublikasının qonşuları ilə əlaqələrindəki gərginliyin şiddətlənməsinə ...
/Aran Agentliyi

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi və İctimai Şöbəsinin müdiri Azərbaycan Respublikasının İrana qarşı hərəkətlərinin davam etməsinə işarə etmədən deyib:" Hal -hazırda iki tərəf əlaqələrin adiləşdirilməsi üçün səyi göstərir".

Əli Həsənov Yeni Müsavat qəzeti ilə müsahibədə Azərbaycan Respublikasının qonşuları ilə əlaqələrindəki gərginliyin şiddətlənməsinə işarə etmədən bu ölkənin İranla əlaqələrinə işarə edib və deyib:" Əlaqələrdəki gərginlik heç kəsin xeyrinə deyildir".

O,keçmişdə iki tərəf arasında bəzi yanlış anlaşılmaların yarandığını və bu yanlış anlaşılmalardan bəzilərinin hələ də qaldığını bildirərək deyib:" Hazırda bizim əlaqədar orqanlarımız iki ölkə əlaqələrinin gələcəyi və bu əlaqələrin adiləşdirilməsi yolları haqda müzakirələr aparırlar".

Əli Həsənov Azərbaycan Respublikasının İrana qarşı ən yeni hərəkəti, yəni İranın Teleradio Təşkilatının Bakıdakı yerli müxbiri Anar Bayramlı əleyhinə saxta və gülünc ittihamlarla iki il sifarişli və qərəzli həbs cəzasının çıxarılmasına işarə etmədən, şair olmaları iddia edilən Azərbaycan Respublikasının iki vətəndaşının həbsinin qeyd edilən anlaşılmazlıqlardan olduğunu iddia edib.

İndiyə qədər İran İslam Respublikasının əlaqədar orqanları , Azərbaycan Respublikası ilə müzakirələr mövzusunu təsdiq etməyiblər.

İran İslam Respublikasının təhlükəsizlik naziri də bir neçə gün öncə İranın nüvə alimlərinin terror amili olan iki terrorçu qruplaşmanın yaxalandığı xəbərini elan edərək ifşa edib ki, qeyd edilən terrorçular qonşu ölkələrdən birinin imkanlarından istifadə ediblər ki, bu hərəkət də İranın səbrinin tükənməsinə səbəb olacaqdır.

  • Yazılıb
  • da (də) 2012 Jun 23