Zərdüşt Əlizadə: ''Hillari Klintonun Ermənistana səfəri zamanı cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin müxtəlif səbəbləri ola bilər'' 
  /Aran Agentliyi
Zərdüşt Əlizadə: "Hillari Klintonun Ermənistana səfəri zamanı cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin müxtəlif səbəbləri ola bilər" 
  “Cəbhə bölgəsində baş verən atışmaların gərginləşməsi birinci və sonuncu dəfə deyil. Baş verənlərin hamısı siyasi proseslərlə əlaqədardır. Heç kəs fikirləşməsin ki, bunlar hamısı Qarabağ üçündür. Həyata keçirilən proseslərin heç biri Qarabağ üçün deyil.” Bu sözləri politoloq Zərdüşt Əlizadə Cənubi Qafqaz politoloqlarının bu gün keçirilən diskussiyasında söyləyib. Politoloq çıxışı zamanı qeyd etdi ki, Hillari Klintonun Ermənistana səfəri zamanı cəbhə bölgəsində vəziyyətin gərginləşməsinin müxtəlif səbəbləri ola bilər: “Rusiya bununla ABŞ-a bildirmək istəyirdi ki, regionda ağa mənəm. İstədiyim vaxt münaqişəni qızışdıra və ya sakitləşdirə bilərəm. Digər bir səbəb isə ABŞ-la əlaqədar ola bilər. Belə ki, atışmanın səhəri günü ABŞ tərəfindən sülhlə bağlı rəsmi açıqlama verildi. Yəni ABŞ bununla demək istəyirdi ki, münaqişəni sülh yolu ilə yalnız mən həll edə bilərəm.”
 
Zərdüşt bəy sonda bildirdi ki, Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın siyasi iradəsindən danışmaq mənasızdır: “Çünki bu dövlətlərin münaqişə ilə bağlı hər hansı bir siyasi iradəsi yoxdur”
 
Xəyal Şükür-Faktxeber.com