Tarix : 2012 Jun 24
Kod 31123

Məscid sök, kilsə tik...

Bakıda katolik kilsəsinin inşasına razılıq verilib. Çox ehtimal ki, maliyyənin savabını əliyevlər qazanacaq...
/Aran Agentliyi

 Azərbaycan Respublikası və Vatikan rəsmiləri Bakıda bir katolik kilsəsinin inşa edilməsi haqda razılaşıblar.

Azərbaycan Respublikası prezidentinin həyat yoldaşı Mehriban Əliyeva İtaliya səfəri zamanı Vatikanda katolik rəsmilərlə görüşlər keçirib.

Bu görüş zamanı Vatikanın Arxeologiya Araşdırmaları Şurasının sədri Kardinal Con Franko Ravazi və Heydər Əliyev Fondunun sədri Mehriban Əliyeva Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində bir katolik kilsəsinin təsis edilməsi haqda razılıq əldə etdilər.

Ötən milad ilində də sionist rejimin xarici işlər naziri Aviqdor Liberman-ın iştirakı ilə Bakıda yəhudilərə aid olan 3 sinaqoqun açılış mərasimi keçirildi.

Azərbaycan Respublikasında kilsələr və sinaqoqların açılması mövzusu elə bir haldadır ki, bu ölkə əhalisinin 99 faizini müsəlmanlar təşkil edir və Azərbaycan Respublikasının dini rəhbərləri dövlətin bu ölkə məscidlərinə laqeyd yanaşmasına görə dəfələrlə azəri rəsmilərə xəbərdarlıq ediblər.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 24