Tarix : 2012 Jun 25
Kod 31144

Özünə gəlmək üçün Azərbaycanın qısa müharibəyə ehtiyacı var?!

Hazırkı şəraitdə Azərbaycan Respublikası ilə Ermənistan arasında tam mənada bir müharibə ehtimalı yoxdur
/Aran Agentliyi

 

Hazırkı şəraitdə Azərbaycan Respublikası ilə Ermənistan arasında tam mənada bir müharibə ehtimalı yoxdur.

Civilnet.tv telekanalına müsahibə verən Karnegi Fondunun Qafqaz məsələləri üzrə baş eksperti Tomas Dual bu mövzu barədə danışarkən deyib: Hər iki ölkə qüvvələri tamamilə siyasi nəzarət altındadır. Təmas xəttində tək-tük atışmalara baxmayaraq, ağır silahlardan yalnız bu barədə siyasi qərarlar qəbul edildikdən sonra istifadə edilə bilər.

Dual daha sonra deyib: İndiki şəraitdə müharibəyə başlamaq hər iki tərəfin xeyrinə ola bilməz. Ermənistan müharibə istəmir. Çünki indi istədiyi hər şey ixtiyarındadır. Azərbaycan Respublikası da müharibə etmək istəmir. Ona görə ki, mal-dövlət yığıb ordu toplamaqla məşğuldur.

Dual daha sonra deyib: Gələn 4 ilə qədər bəlkə də vəziyyət başqa cür ola bilər.

O, Azərbaycan Respublikasının müsbət və mənfi cəhətlərlə dolu olan fəal bir ölkə olduğunu da deyib. Onun fikrincə bu ölkənin müsbət cəhəti onun var-dövlət toplamaq xüsusiyyəti, mənfi cəhətləri isə İran İslam Respublikası ilə bir o qədər də yaxşı olmayan münasibətidir. Həmçinin bu ölkədə daxili çaxnaşmalar da vardır. Bu ölkədəki vəziyyətin gərginləşməsi ilə Dağlıq Qarabağ problemindən bəhrələnmə istəyi və ermənilər əleyhinə bəzi tədbirlər də güclənir.

Dual söhbətinin davamında ermənilərin Qarabağa yardımlarından da danışıb. O, deyib: Onlar elə təsəvvür edirlər ki, bəlkə də qısa müddətli bir müharibə vasitəsilə Azərbaycan Respublikası bir az silkələnər. Hər iki ölkə başladıqları oyunun sona çatması üçün kiçik bir müharibəyə başlaya bilərlər. Bu müharibə bir həftə belə sürə bilər,amma bu hadisənin baş verməyəcəyinə ümid etmək lazımdır. Çünki belə bir müharibə çoxlu tələfatından başqa sülh haqda müzakirələrin də yolunu bağlaya bilər.

  • Yazılıb
  • da (də) 2012 Jun 25