Tarix : 2012 Jun 25
Kod 31146

Bu gün ruhani Abgül Süleymanovun növbəti məhkəmə prosesi keçiriləcək

Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də Lahıcda qayınatasının evində olarkən şərlənərək həbs olunub
/Aran Agentliyi

 Bu gün ruhani Abgül Süleymanovun növbəti məhkəmə prosesi keçiriləcək.

Vəkil Anar Qasımlı  bildirib ki, açıq keçirilən iclasda şahidlər dindiriləcək. Proses 15:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacaq.

İyunun 19-da keçirilən məhkəmədə 3 şahid dindirilib.

Xatırladaq ki, ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də Lahıcda qayınatasının evində olarkən şərlənərək həbs olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 25