Gürcüstanın xarici işlər naziri deyib: Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Cənubi Qafqaz bölgəsində 3 ölkənin müstəqilliyi ...
  /Aran Agentliyi
Gürcüstanın xarici işlər naziri deyib: Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Cənubi Qafqaz bölgəsində 3 ölkənin müstəqilliyi və hakimiyyət haqqı məhv edilər.
 
Qriqol Vaşadze Zerkalo Nedelyi qəzeti ilə müsahibə zamanı deyib: Səmimi qəlbdən Minsk qrupunun səylərinin nəticə verəcəyinə ümid edirəm. Amma zahirdə 3-cü bir qüvvə bu qrupun işlərinə zərbə vurmaq, imkan dairəsində təmas xəttində gərginlik yaratmaq niyyətindədir.
 
Gürcüstanın xarici işlər naziri bu qəzetin "3-cü qüvvənin kimliyi və onun Rusiya ilə əlaqəsi" barədə sualını cavablandırarkən deyib ki, bu xüsusda fikir bildirmək heç də problem deyil.