Tarix : 2012 Jun 26
Kod 31158

AB Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalamaq ist...

Bu barədə quruma üzv 27 ölkənin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair sənəddə bildirilir
miri/Aran Agentliyi

Avropa Birliyi Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalamaq istəyir. Bu barədə quruma 27 üzv ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair sənəddə bildirilir. Sənəddə deyilir ki, Avropa Birliyi Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalaması Avropa “Cənub qaz dəhlizi”nin açılmasına mühüm töhfə olacaq.

Xatırladaq ki, Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. İldə 20-30 mlrd. kubmetr təbii qazın ixracının nəzərdə tutulduğu layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

az.itv.az

  • Yazılıb
  • da (də) 2012 Jun 26