Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikrincə İlham Əliyevin atasının yerinə 2003-cü ildə hakimiyyətə ...
  /Aran Agentliyi
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikrincə İlham Əliyevin atasının yerinə 2003-cü ildə hakimiyyətə gəlməsi Azərbaycan Respublikasında yeni eranın tələblərinə cavab verən cəmiyyətin formalaşmasında dönüş nöqtə olub! 
 
AzərTAc-ın məlumatına görə, Ramiz Mehdiyev çapa hazırlanan yeni kitabında yazıb : “ Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər.”
 
Ramiz Mehdiyev əlavə edib : “1993-cü ilin ortalarından başlayaraq Azərbaycan dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır.”
 
Ramiz Mehdiyevin fikrincə, 1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcında Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq özündə yeni dəyərlərə meyl hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur.
 
Ramiz Mehdiyevin baxımından İlham Əliyevin hakimiyyəti atası heydər Əliyevdən miras götürən 2003-cü ilin prezident seçkisi dönüş anı olub! Zira o dövrdən başlayaraq prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır!
 
Prezident İlham Əliyevin fərmanlarını xeyli əhəmiyyətli sayan Ramiz Mehdiyev yazıb : “ Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur.”