Tarix : 2012 Jun 26
Kod 31177

Bakıda etiraz

Bakıda Mövsüm Sənani 20 ünvanında içində yaşayış ola-ola evlərin söküntüsü həyata keçirilməsi etiraza səbəb olub
/Aran Agentliyi

 

Bakıda Mövsüm Sənani 20 ünvanında içində yaşayış ola-ola evlərin söküntüsü həyata keçirilməsi etiraza səbəb olub.

Bu səbəbdən təxminən 50 nəfər yaxınlıqdan keçən magistral yolu bağlamağa cəhd edib.

Daha sonra polis gücünə dağıdılan aksiya iştirakçıları bu dəfə sökülmək halında olan evlərinin üstünə çıxmaqla etiraz ediblər.

Heç bir kompensasiya almadan, heç bir məhkəmə qərarı olmadan evlərinin söküldüyünə etiraz edən sakinlər bildirdilər ki, bir qrup qolu zorlu burada yaşayan ailələri küçəyə atıb.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 26