Tarix : 2012 Jun 26
Kod 31180

Ölkədə məhkəmə sisteminin sifarişlə işləməsi dövlətçiliyimizə ləkə gətirir

Azərbaycanda məhkəmə sistemi ədalətli hökmün icrasının tətbiqi yox, sifarişli “hökmün” tətbiqi orqanıdır
/Aran Agentliyi

 

"Azərbaycanda məhkəmə sistemi ədalətli hökmün icrasının tətbiqi yox, sifarişli “hökmün” tətbiqi orqanıdır. Nə qədər ki, məhkəmə sistemi sifarişlə işləyir biz belə neqativ hadisələrin çox şahidi olacağıq. Bu, bizim dövlətçiliyimizə ancaq ləkə gətirir"

 

Bu sözləri SalamNews-a müsahibəsində Azərbaycan Birlik Cəmiyyətinin sədri Vüsal Hətəmov bildirib.

 

- Azadxeber.org saytının redaktorunun həbs olunmasını, ilahiyyatçı İlham Əliyevə hökm oxunmasını, ümumiyyətlə, ölkədə hökm sürən vəziyyəti necə qiymətləndirisiniz?

 

Görünür, ölkədə hələ də qarışıqlıq salmaq istəyən insanlar mühüm vəzifələrdədir. Bu qüvvələr ictimai rəyi çaşdırmaq üçün ara-sıra belə addımlara əl atırlar. Əvvəllər ancaq müxalifət cərgəsində duranları həbs edirdilərsə, indi dindarların həbsinə keçiblər. Əslində, həbs olunası bu səbəbləri yaradan məmurlardır. Misal üçün, ölkədə keçən il korrupsiya əleyhinə mübarizə fəallaşmalı idi, beynəlxalq təşlkilatlar bu məsələdə israrlı idilər. Lakin bəzi korrupsiyalaşmış nazirlikilər, məsələn, Təhsil Nazirliyi sözügedən prosesi əngəlləmək üçün süni şəkildə, lazımsız olaraq dini inanclılara qarşı hicab təxribatına əl atdı. Bununla da sadə xalqı qızışdıraraq mitinqlərə sövq etdi. Həmin məmurların əllləri güc strukturlarına çatdığı üçün mitinqçilərə divan tutulmasına da nail oldular. Nəticədə Təhsil Nazirliyində gedə biləcək antikorrupsiya əməliyyatı bir növ ləngidi. Bu digər strukturlarda da bu cürdür. Yuxarıda adıçəkilən şəxslərin həbsi isə həmin bu proseslərin məntiqi davamıdır. Əlbəttə, bu, özbaşınalıqdan başqa bir şey deyil.

 

- Azərbaycanda fəaliyyət göstərən məhkəmə sistemləri nə dərəcədə obyektiv qərarlar verirlər?

 

- Ümumiyyətlə, Azərbaycanda məhkəmə sistemi ədalətli hökmün icrasının tətbiqi yox, sifarişli “hökmün” tətbiqi orqanıdır. Nə qədər ki, məhkəmə sistemi sifarişlə işləyir biz belə neqativ hadisələrin çox şahidi olacağıq. Bu, bizim dövlətçiliyimizə ancaq ləkə gətirir. Təsəvvür edirsinizmi, ölkədə bir az səlahiyyəti olan şəxs istənilən şəxsi içəri saldıra, həta istənilən cinayət maddələrini boynuna qoydura bilər.

 

- Siz “Birlik” təşkilatının sədrisiniz, hazırda bu təşkilat hansı işləri görür və qarşıdakı günlərdə nəyi planlaşdırırsınız?

 

Azərbaycan Birlik Təşkilatı əsasən, ölkədə və dünyada baş verən hadisələrə münasibət bildirir və həqiqi, sağlam fikrin formalaşması, vətəndaş cəmiyyətinin qurulması və inkişafı, demokratik təsisatların yaradılmasında ictimai təşəbbüsün formalaşdırılması uğrunda addımlar atırıq və lazım gəldikdə digər təşkilat və siyasi partiyalarla müzakirələrə qatılır və həlli yollarını arayırıq. Bununla paralel olaraq biz hazırda Ədliyyə Nazirliyinin qeydiyyatına alınmaq üçün müvafiq sənədlər üzərində çalışırıq.

 

Fürsətdən istifadə edib, qarşıdan gələn mövludlar münasibətilə, İslamın, dünyanın əzəmətli şəxslərinin mövludu münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən dünya müsəlmanlarını təbrik edirik.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 26