“YAP üzvləri Azərbaycanın avtoritar rəhbərinin parlamentə göndərdiyi bütün təklifləri gözüyumulu dəstəkləyirlər”
  miri/Aran Agentliyi
“American Security Project”in eksperti Coşua Faust “The Foreign Policy” jurnalında müəllif məqaləsi ilə çıxış edib. Həçmin məqalədə dünyanın müxtəlif ölkələrində qadınların siyasi hüquqları, ictimai-siyasi həyatda rolu və fəaliyyət imkanlarından bəhs olunur. Müəllif dünyanın öndə gələn eyni zamanda inkişaf səviyyəsinə görə geridə qalan ölkələrində qadınların siyasi fəaliyyəti və onların ictimai proseslərə təsir imkanlarına toxunub. Coşua Faust Afrika və keçmiş sovet ölkələrində qadınların siyasi həyatda iştirakına ciddi maneələr yaradıldığını xüsusi vurğulayıb.
 
Ölkəmizdə qadınların ictimai-siyasi proseslərdə iştirakına toxunan müəlifin yazdığına görə, Azərbaycan parlamentində qadınlar 16 faiz təşkil edir ki, onların da hamısı hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. Coşua Faus yazır ki, YAP üzvləri Azərbaycanın avtoritar rəhbəri İlham Əliyevin parlamentə göndərdiyi bütün qanun və təkliflərə gözüyumulu “hə” cavabı verirlər:“Həqiqətən də, bu partiya ölkə parlamentində hegemonluq edir. Müxalifət partiyalarından qanunverici hakimiyyətdə heç kim təmsil olunur. Bir sözlə parlamentdə partiya pariteti yoxdur. Belə olan halda saxta seçilmiş qadın deputatların sayının az, ya çox olmasının bir mənası yoxdur”.
“The Foreign Policy” jurnalında dərc olunmuş məqalədə daha sonra deyilir ki, Azərbaycan və bu tip ölkələrdə qadınların siyasi fəaliyyətinin əhəmiyyəti yoxdur. Çünki saxtakarlığın hökm sürdüyü və avtoritar sistemlərin mövcud olduğu ölkələrdə qadın və kişi fəallığının fərqi nəzərə çarpmır. Əgər bir deputat rəhbərinin istənilən təklifini qeyd-şərtsiz müsbət cavablandıracaqsa onun kişi yaxud qadın olmasının əhəmiyyəti də yoxdur.
Məqalədə daha sonra yazılır ki, Qərbin qeyri-hökumət təşkilatları zəif inkişaf edən ölkələrdə qadınların qanunverici hakimiyyətdə daha yaxşı təmsil olunmasına dəstək məqsədiylə hər il milyonlarla dollar xərcləyir. Lakin Azərbaycan, Belarus, Özbəkistan, Türkmənistan, Tacikistan kimi ölkələrə diqqət yetirdikdə görülən işlərin səmərəsiz olduğu ortaya çıxır. Çünki avtoritar və bir nəfərin iradəsinə tabe olmuş sistemlərdə qadın yaxud kişilərin ictimai-siyasi proseslərə təsir imkanları aşağıdır.
 
azadliq.info